Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

İQTİSADİYYAT

Ötən ay Bakı Aeroportundan 840 minə yaxın sərnişin istifadə edib

Bakı Aeroportu, Heydər Əliyev Beynəlxalq Aeroportu

Bu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 837 min sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub.

Bu barədə Baki-baku.az-a aeroportdan məlumat verilib.

Məlumata əsasən, bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8 238 uçuş həyata keçirilib.

Yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub. Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “Fly Dubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını ilə fərqlənib.

Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Belə ki, bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 % çox olmaqla 42 053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit keçib.

Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2 % artaraq 79 120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilən uçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə göstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşların təhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühüm tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Birinci xanım Mehriban Əliyevanın şərəfinə lanç verilib.

Ən son

GÜNDƏM

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)

GÜNDƏM

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin