Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

Ornitologiya aləmindən sensasiya. Məlum olub ki, ilk “pinqvin” əslində heç də pinqvin deyilmiş!

Çox az adam bilir ki, əvvəllər “pinqvin” adlandırılan canlılar Antarktikada yaşayan gülməli sualtı quşlar deyilmiş. XVIII əsrin sonlarında Pinguinus cinsinə və alkalar (çistiklər) ailəsinə daxil edilən canlı, əslində artıq Yer üzündən silinmiş, Şimali Atlantikaya məxsus, iri cüssəli və uça bilməyən dəniz quşu olan qanadsız qaqarka (Pinguinus impennis) idi.

Baki-baku.az bildirir ki, bu quşa “pinqvin” adı ispan dilindəki pingüino sözündən gəlir. O isə öz növbəsində latınca pinguis — “kök, yağlı” mənasını verən sözə əsaslanır. Məhz bu ad daha sonralar dənizçilər tərəfindən xarici görünüşcə oxşar olan, lakin tamamilə başqa canlılara — müasir pinqvinlərə verilmişdi.

Maraqlıdır ki, müasir pinqvinlər tam fərqli bir biologiya qrupuna aiddirlər: onlar Sphenisciformes dəstəsinə, Spheniscidae ailəsinə və Spheniscus cinsinə daxildirlər.

Bəs əsl pinqvin kimdir? Bu sual düşündüyünüz qədər də sadə deyil.

Hacı Cavadov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsində sakinlər tərəfindən yaradılan qanunsuz parklanma yerləri sökülüb.