Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2025

Paylaşın

TARİXİMİZ

Ordusu türk olan, dünyanın üçdə ikisini fəth edən imperiya

Moğol İmperiyası, Türküstan

Türküstan türkləri Babamız! Türküstan Baba yurdumuzdur!

Qüdrətli ordusu, əzəmətli sərkərdə-xaqanları ilə dünyaya meydan oxuyan türklər min illər boyu Avropanın qorxulu röyasına, nigaran yuxusuna çevrildilər. Ordusu türk olan, dünyanın üçdə ikisini fəth edən bu imperiyanın əsas qüvvəsi barədə çox danışılsa da, az adam məlumatlıdır. Dünyanın məşhur imperiyaları ilə bir sırada duran,  gücünü sadəcə sərkərdə-xaqarlarından deyil, ordusunun ruhundan alan, əsas heyəti –  sərkərdələri, qərargah rəisləri, minbaşıları, yüzbaşıları, hərbi mühafizə üzrə mütəxəssisləri Türküstandan gələn Moğol İmperiyası bu gün də hərb tarixçilərinin maraq dairəsindədir. Hərb tarixi ilə bağlı ciddi əsərlərin müəllifləri bu səbəbdən də qeyd edirlər: “Moğol İmperatorluğunun əzəmətli fəthləri arxasında Türküstan əsilli sərkərdələrin İradəsi dayanır!”

Türk savaşçılarının, sərkərdə-xaqanların yazdıqları fətih dastanları ilə qüdrətli imperiya quran, dünyanın böyük bir qismini fəth edən Moğol imperatorlarının, xaqanlarının özləri də, türkləri, xüsusən də, Türküstan türklərini “Babamız! Türküstanı Baba yurdumuz!” deyə, varlıqlarının bir parçası olaraq qəbul edirdilər.

Moğol İmperiyası, Türküstan

Tanrının türkün ruhuna, əyninə biçdiyi rəng – Turkuaz

Əski türk düşüncəsində, inancında turkuaz əbədi varlığın, sonsuz, hüdudları məlum olmayan sevginin simvolu, rəmzi kimi qəbul edilir. İnsan ruhunun aynası olan bu rəngin millətin ruhuna çevrilməsi belə əbədiyyətin nişanəsidir. Bütün dünyanın türk rəngi deyərək qəbul etdiyi, 5000 illik tarixi olan turkuaza almanlar türkiş, ispanlar turkoza, ingilislər turkois deyir. Türkün əzəmətini, səmanın mas-mavi gözəlliyini əks etdirən – turkuaz ruhumuzun aynası, irsi və mirası ilə öyündüyümüz əcdadlarımızın dünyasıdır.

Əski türklər bu rəngə ruhunu köçürdü, varlığının simgəsi, bəlgəsi kim sevdi. Onu səmanın ənginliyinə sərdi, ilahi eşqi, Tanrı sevgisi kimi əzizlədi. Saraylarını, çadırlarını, odalarını belə turkuazla süsləyən sərkərdə-xaqanlarımız kürsülərinin arxasına turkuaz rəngli gəbə və xalıların asılması üçün göstəriş verərdilər.

Göytürk xaqanlarının bayrağında yer alan, bu gün Doğu Türküstanın bayrağından boy verən turkuaz təkcə bir rəng deyil, əfsanə, nağıl, dastan dünyamızı özündə ehtiva etməklə yanaşı, həm də xaqanlıq tariximizin, milli mənlik, kimlik uğrunda mücadiləmizin  bir parçasıdır. Turkuaz sadəcə bir rəng deyil, candır, ruhdur, gözümüzdə nurdur. Türkəm deyən hər kəsə Birlik, Bütövlük rəmzı olan ilahi hökm, çağırışdır.

Sevin, Qumrular kimi sevin, onda türk havası, sevdası var

Türkün totem olaraq, müqəddəs, əziz bildiyi quşlar sırasında ikisinin yeri fərqlidir. Şahin və Qumrunun. Qalalardan pərvaza gəlişini əzəmətinin, yuvasından boylanmasını əbədi sevgisinin bəlgəsi kimi müqəddəs bilən, toxunulmaz hesab edən əski türklərin yaddaş yerində Şahin və Qumru quşu ilə bağlı əfsanələr, nağıllar mövcuddur.

Ömrünün çoxu gedib, azı qalanda, illəri yola salanda insan xatirələrə dalır. Olanları, keçənləri yada salır. Sevdiyinə, könül verdiyinə həsr olunan taleyinin, qismətinin dəftərini vərəqləyir. Gül, çiçək, ləçək ömrünün, quş kimi uçan, ceyran kimi teylənib qaçan günlərinin hər anını muncuq kimi ipə-sapa düzdükcə kaş ki, sevəndə Qumru quşu kimi sevəydim, yaxud da, qumru quşu kimi sevdiyim olaydı, deyir. Nədən hüzurlu evliliklər üçün “qumrular kimi sevirlər” deyəndə isə yada belə əfsanələr  düşür.

Sən demə, qumrular, ömrü boyu tək bircə dəfə sevir, bircə dəfə könül verir, yalnız biri ilə əbədi eşq yaşayır, onunla yar-yoldaş olur. Onu da deyirlər ki, “qumrular düşdüyü durumun necə olmasından asılı olmayaraq yuvalarına sadiq qalırlar, taledən, bəxtdən şikayət etmirlər. Özgə quşların yuvasına göz dikmirlər”. Bu səbəbdən də gerçək sevgiyə, saf məhəbbətə “Qumru sevgisi” deyilir. Könül verənlərə, sonsuz, hüdudları məlum olmayan sevgilərlə bir-birinə bağlananlara “Onlar bir cüt qumru quşudur, ayırmayın” deyirlər. Ailə dövlətin mikro modelidir. Onda olan sevgi, məhəbbət, hüzur cəmiyyətdə izini qoyur. İzinizdə çiçək bitsin, qəlbinizdən kədər itsin, Qumru quşlarının nağılı yuvanızı tərk etməsin!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin