Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/12/2026

Paylaşın

GÜNDƏM

Onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən ödəniş edə biləcək

Onlayn bilet

Bu gündən “biletim.az” portalından onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş edə biləcək.

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, “biletim.az” portalından onlayn bilet alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı məlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək imkanı yaradılıb.

Biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Qeyd edək ki, “biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan xalq yaddaşı yalnız padşahlar və sərkərdələrlə deyil, zülmə qarşı çıxan, ədaləti öz silahı ilə qoruyan qaçaqlarla da

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin