Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Ölümcül təhlükə: Vəbanı necə tanımaq olar?

IMG-20250930-WA0190

Vəba (xolera) yoluxucu xəstəliklərdən biridir və əsas təhlükəsi çox sürətlə inkişaf edən orqanizmin susuzlaşması ilə bağlıdır.

Baki-baku.az-ın məlumatına görə, bu xəstəlik zamanı bədənin qısa müddətdə böyük miqdarda maye itirməsi həyati risk yaradır.

Mütəxəssislərin sözlərinə görə, vəbanı digər bağırsaq infeksiyalarından fərqləndirən əsas əlamət onun ağrısız, lakin çox güclü sulu ishal yaratmasıdır. Belə halda xəstə saat ərzində bir litrə qədər maye itirə bilər. Bir neçə saat ərzində qusma da əlavə olunduqda vəziyyət daha da ağırlaşır.

Xəstəliyin ilkin mərhələlərində şiddətli susuzluq, sidik ifrazının azalması və gözlərin çuxura düşməsi müşahidə olunur. Ağır hallarda isə sudurlar, ürək ritmində pozuntular və huşun itirilməsi baş verə bilər.

Xoleranın xüsusilə təhlükəli tərəfi onun həm yüksək yoluxuculuğu, həm də vaxtında tibbi yardım göstərilmədikdə ölümcül nəticələrə səbəb ola bilməsidir. Buna görə də, ishal və qusma ilə müşayiət olunan qəfil susuzlaşma əlamətləri yarandıqda dərhal həkimə müraciət etmək vacibdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xəstəliyin qarşısının alınması üçün təmiz içməli sudan istifadə, gigiyenaya əməl edilməsi və qida təhlükəsizliyinə diqqət yetirilməsi ən mühüm şərtlərdən biridir. Xüsusən də isti mövsümlərdə və ya yoluxma riskinin yüksək olduğu bölgələrdə bu qaydalara riayət etmək həyati əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Ən son

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin