Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

GÜNDƏM

“Ölməz” tamaşasına ictimai baxış keçirilib

Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı səhnə əsərinin ictimai baxışı keçirilib.

Baki-baku.az xəbər verir ki, tamaşa “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı yeni teatr layihəsi çərçivəsində hazırlanıb. Əsərin müəllifi Elşən Sərxanoğludur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

İctimai baxışda ictimaiyyət nümayəndələri, mədəniyyət və media təmsilçiləri iştirak ediblər.

Tamaşa dərin emosional təsiri, vətənpərvərlik ruhu və real hadisələrə söykənən dramatik gedişi ilə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, səhnə əsərində Natiq Qasımovun igidliyindən bəhs edilir. Altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirəyə düşən qəhrəmanımız, sonadək ermənilərə müqavimət göstərir və yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşır. O, hətta təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə işgəncə ilə qətlə yetirilmişdir. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

“Ölməz” tamaşasının rəsmi premyerası 2025-ci ilin sentyabr ayında planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin