Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/22/2026

Paylaşın

HƏR ŞEYDƏN

Ölkələr, şəhərlər də insan kimidir: yaranır, inkişaf edir, ürüyüb artır

Ölkələr, Ölkə, Şəhər

Pinkerton adalarından Sinqapura

Məmləkət, ölkə, şəhər, kənd də insan kimidir yaddaşı ilə yaşayır. Doğulur, inkişaf edir,  bəzən də sıradan çıxır. Dünyanın nəhəng şəhərləri sırasında yer alan paytaxtları tanımaq maraqlı olduğu kimi,  bir ovuç ərazisi, əhalisi ilə illərdir ömür sürən şəhərləri tanımaq da maraqlıdır. Əldə olunan məlumatlardan bəlli olur ki, dünyanın ən kiçik paytaxtının cəmi 4,6 hektar ərazisi var. Burada 35 nəfər yaşayır. Bu Adamstaun şəhəridir. Pinkerton adalarına daxil olan bu şəhər Böyük Britanya və İngiltərə Krallığının dəniz kolonyalarından olan Pinkerton adalarının paytaxtıdır.  

Ən az əhalisi və ərazisi ilə tanınan ölkələrin sırasında Şərqin ən böyük şəhərlərini tanımaq da şübhəsiz ki, maraqlıdır. Əldə olunan məlumatlardan bəlli olur ki, Tokionun 41, Dehlinin 33, Şanxayın 30 Cakartanın 26, Dəkkənin 23, Mumbayın 22, Pekinin 21, Kəraçinin 20, Manilanın 17, Çuntsinin 16 milyon əhalisi var. Bu faktlar sübut edir ki, Yaponiya, Hindistan, Çin, İndoneziya, Banqladeş, Pakistan, Filippin həm də əhalisinin sayına görə öndə olan şəhərlərə sahib ölkələrdir.

Eramızdan əvvəlin nişanı olan qədim və yeraltı şəhərlər

Əski çağlardan tutmuş, müasir dövrə qədər paytaxt olan Dəməşq şəhəri də ərazisinə görə ən kiçik paytaxtlardandır. Eramızdan əvvəl II əsrdən üzü bu yana mövcud olan Dəməşq kiçik fasilələri çıxmaq şərti ilə həmişə paytaxt, baş şəhəri olmuşdur.

Dünyanın ən möhtəşəm, qədim və yeraltı şəhərləri olan ölkələrin önündə isə Türkiyə Cümhuriyyəti gedir. Bu qüdrətli ölkə Dərinquyu və Qaymaqlı şəhərləri ilə əski çağ dəyərlərinə, qədim yaşayış məskənlərinə ev sahibliyi edir. İran İslam Respublikasının Nuşabad, Tunisin Matamat, İtaliyanın Oriveta şəhərləri də qədim şəhər mədəniyyətinə, yeraltı zənginliyə malikdir.

Dünyanın ən çox göydələninə malik olan, memari incilər yaradan ölkələri sırasında isə Çin, ABŞ, BƏƏ, Malayziya və Cənubi Koreya gəlir. Çin 359, Amerika Birləşmiş Ştatları 928, Birləşmiş Ərəb Əmirlikləri 345, Malayziya 328, Yaponiya 282, Cənubi Koreya 281 müasir tikilisi ilə ilklərə imza atmışdır ki, onları həm də sənət əsəri hesab etmək olar.

Ən çox neft ehtiyatına malik olan on ölkə

Ən çox neft ehtiyatına malik olan ölkələr də, yəqin ki, insanları düşündürən suallar sırasındadır. Əldə olunan məlumatlardan bəlli olur ki, dünyanın ən çox neft ehtiyatına malik olan 10 ölkəsi vardır. Venesuela 303.8, Səudiyyə Ərəbistanı 258.6 milyard barrel neft ehtiyatı ilə siyahıya öncüllük edir. İran 208.6, Kanada 170.3, İraq 145.1, Küveyt 101.5, BƏƏ 97, Rusiya 80, Liviya 48.3, ABŞ 38.2 milyard barrel neftə malik olmaqla yanaşı, həm də təbii qaz ehtiyatlarına malikdir.

Dehli – tüstünün, dumanın ünvanı

Əhalisinin sayına görə üstünlük təşkil etsə də,  ömrü boyu paytaxt şəhər olan  Dehli təməli qoyulan gündən adını çirkli şəhərlər sırasına yazmışdır. Bu şəhərin üzərindən adi halda, normal zamanda belə tüstü və duman əskik olmur.

Dağ havası, lalə qoxusu ilə tanınan şəhər- Stokholm

Dünyanın ərazisinə görə kiçik, səliqə-səhmanına görə çirkli şəhərləri sayılan Adamstaundan sonra adı ən təmiz şəhərlərin önündə çəkilən Stokholm ən kiçik paytaxtlardan hesab olunmaqla yanaşı, həm də dağ havası, lalə ətri ilə fərqlənir.

Dünyanın ucqar nöqtəsində cənub istiqamətində yerləşən  Vellinqton şəhəri  Yeni Zellandiyanın paytaxtı olmaqla həm də zəngin təbiəti, ekoloji cəhətdən təmizliyi ilə fərqlənir.

Sinqapur  – Dünyanın ən çox limanı olan şəhər  

Vellinqtonu  dünyanın cənubunda yerləşən paytaxt kimi tanıyan insanların bir çoxu bəlkə də bilmir ki, dünyanın ən şimal paytaxtı İslandiyanın baş şəhəri Reykyavik şəhəridir. Bu sırada ən çox limanı olan paytaxt şəhərin adını bilmək də maraqlı olar.  Əldə olunan məlumatlardan bəlli olur ki,  dünyanın ən çox limanı olan paytaxt şəhəri Sinqapurdur. Burada 50-dən çox liman vardır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində

Ən son

GÜNDƏM

Metronun “Bənövşəyi” xəttinin şərti adı B-05 olan növbəti stansiyası “Qış parkı” nın yanında, “Nizami” metro

GÜNDƏM

Metronun “Bənövşəyi” xəttinin şərti adı B-05 olan növbəti stansiyası “Qış parkı” nın yanında, “Nizami” metro
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin