Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/02/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Oksford lüğəti 2024-cü ilin sözünü açıqlayıb

IMG-20241202-WA0022

Oksford İngilis Dili Lüğəti “beyin çürüməsi” (brain rot) ifadəsini 2024-cü ilin sözü elan edib.
Baki-baku.az bu barədə Oksford Universiteti nəşriyyatının (Oxford University Press) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, lüğət “beyin çürüməsi”ni belə izah edir: “əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və ya intellektual vəziyyətin güman edilən pisləşməsi”. Qeyd olunur ki, son bir ildə bu söz lüğətdə əvvəlkindən 230% daha çox axtarılıb.
Bildirilib ki, “beyin çürüməsi” sözünün ilk istifadəsi 1854-cü ildə amerikalı yazıçı Henri David Toro (1817-1862) tərəfindən “Volden, yaxud meşədə həyat” (Walden; or, Life in the Woods) kitabında qeydə alınıb. Son aylarda bu söz sosial şəbəkələrdə sürətlə populyarlaşıb və bloqerlərin və jurnalistlərin daimi leksikonuna daxil olub.
Qeyd edək ki, ilin sözü “Oxford University Press” ekspertləri tərəfindən nəşriyyatın saytında onlayn səsvermənin nəticələri nəzərə alınmaqla seçilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin