Mərkəzi Nəbatat Bağında dezinfeksiya işlərinin insan sağlamlığına zərəri yoxdur.
Baki-baku.az bu barədə Mərkəzi Nəbatat Bağına istinadla xəbər verir.
“Bir sıra KİV-lərdə yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, bağ ərazisində cari işlər çərcivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. Lakin qeyd edək ki istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur”, – deyə məlumatda bildirilib.