Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

GÜNDƏM

Novxanı kəndi abadlaşdırılır, dam örtüklərinin 80 %-i yenilənib

Novxanı kəndi abadlaşdırılır, Bakı Abadlıq Xidməti, Novxanı kəndi

Novxanı kəndində Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilən abadlıq və təmir-bərpa işləri ardıcıl şəkildə davam etdirilir.

Baki-baku.az-ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən bildirilib ki, layihənin əsas məqsədi kəndin müasir tələblərə uyğun infrastrukturunun formalaşdırılması, sakinlərin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına şərait yaratmaqdır.

Hazırda kəndin daxili yolları və səkiləri əsaslı təmir olunur, asfalt örtüyü yenilənir. Küçələrdə müasir standartlara cavab verən işıqlandırma sistemi qurulur, bu da həm estetik görünüşü yaxşılaşdırır, həm də gecə saatlarında təhlükəsizliyi təmin edir. Evlərin dam örtükləri yenilənir, fasadların bərpası istiqamətində işlər davam etdirilir. Evlərin dam örtüklərinin 80 faizi artıq yenilənib.

Bununla yanaşı, kəndin ümumi görünüşünün abadlaşdırılması və ekoloji tarazlığın qorunması məqsədilə genişmiqyaslı yaşıllaşdırma tədbirləri də həyata keçirilir. Əsasən yerli sakinlərin əməkdaşlığı ilə aparılan bu işlər çərçivəsində müxtəlif növ ağaclar və dekorativ bitkilər əkilir, mövcud yaşıllıq sahələri bərpa olunur. Yeni salınan yaşıllıq zolaqları kəndin havasını daha təmiz, mühitini isə daha cəlbedici edir.

Novxanı qədim tarixi olan bir yaşayış məntəqəsidir. Ona görə də burada mövcud olan tarixi abidələrdə də bərpa işləri davam etdirilir. Planlaşdırılan işlərin də tamamlanması ilə kənd təkcə Bakı sakinləri üçün deyil, paytaxtın qədim tarixini öyrənmək istəyən turistlər üçün də cəlbedici ünvanlardan birinə çevriləcək.

Görülən işlər nəticəsində Novxanının ümumi siması sürətlə dəyişir, kənd daha abad, müasir və yaşıl məkan kimi formalaşır. Bakı Abadlıq Xidməti paytaxtın müxtəlif ərazilərində, eləcə də şəhərətrafı qəsəbə və kəndlərdə həyata keçirdiyi layihələrlə sakinlərin rifahının yüksəldilməsinə, ekoloji mühitin sağlamlaşdırılmasına və estetik baxımdan daha gözəl şəhər məkanlarının yaradılmasına töhfə verməkdə davam edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları,

Ən son

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin