Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/21/2026

Paylaşın

TARİX

Novruzun izində: Şumerdən Türklərə uzanan yol

Hər bir xalqın yüzillər ərzində formalaşmış adət-ənələri,bayramları onun mənəvi dəyərlərini təşkil edir. Novruz bayramı xalqımızın mənəvi dəyərlər sistemində önəmli yer tutur. Novruz bayramının mahiyyəti və onun tarixi kökləri haqqında ilk geniş məlumatı mətbuatda 1907-ci ilin mart ayında Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat” jurnalında nəşr olunan “Novruzi-inqilab” adlı məqaləsində Novruzun atəşpərəstliklə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edir bu bayramın əslində Türklərin bayramı olduğunu yazır.

Məhəmməd Əmin Rəsulzadə Novruz bayramının azərbaycanlıların mənəvi mədəniyyətində mühüm məqama sahib olduğunu sübut üçün XX əsrin əvvəllərində ona 3 məqalə həsr etmişdir. O, ilk məqaləsini 1917-ci il 15 martda “Açıq söz” qəzetində, digər məqalələrini 20 mart 1919-ci ildə “İstiqlal” qəzetində və 19 mart 1920-ci ildə “Azərbaycan” qəzetində nəşr edib.

Rəsulzadəyə görə, Novruz bayramı Cəmşidə və İran xalqına aid edilsədə əslində o hər iki xalqın ortaq bayramıdır. O, Türklər üçün bir qurtuluş bayramı olduğunu və həmin gün Türklər dəmir dağı əridərək çıxılmaz bir dərədən qurdun köməyi ilə baharın başlandığı gün qurtularaq azadlığa çıxmışlar.

Həmin gün keçmiş təqvimlə 9 marta təsadüf etdiyi üçün Türklər 9 rəqəmini müqəddəs hesab edir və həmin günü qurtuluş günü – Ərgənəkon bayramı olaraq Qurdun başını tuğ şəklində ucaldaraq bayram edirlər. 

Sultan Novruz: dirçəlişin və azadlığın rəmzi

Novruz bayramını Türklər Cəmşidi Novruz deyil, “Sultan Novruz” adlandrırlar. Əslində, farslar tərəfindən ərəblərin təzyiqi ilə unudulan bu yeni ilin – yazın gəlişinin bayramını ilk dəfə dövlət səviyyəsində Alp Arslanın oğlu 1072-ci ildə hakimiyyətə gələn Səlcuq Sultanı Cəlaləddin Məlik şah 1075-ci ildə hazırlatdığı “Cəlali” təqvimində Novruzun xalq bayramı kimi qeyd olunmasını əmr etmiş və ona görə də ta qədimlərdən bu günədək bu bayram Türklər tərəfindən Sultan Novruz adlanır. Xorasandan başlayan İran yaylasını da əhatə edən Səlcuqlu İmperiyasının bütün xalqları, farslar da daxil olmaqla Novruzu rəsmi ümumxalq bayramı kimi qeyd etməyə başlayıblar.

Məqalədən o da bəlli olur ki, mart ayının Türklərdə əsil adı Bars ayıdır. Olduqca cəsur, atılqan heyvan olan Bars Türklərdə qurd, öküz, maral kimi totem, yəni onqon idi və tanrısal mahiyyətə malik idi. Türklərin ən qədim boy birliyi olan Barsillərin totemi Bars olub onun adını daşıyırdılar. Bars Türklərdə həmçinin astonomik xarakter daşıyırdı, ulduz bürclərindən birinin adı idi. Bars yunan mifologiyasında savaş tanrısı Mars şəklində ifadə olunmuş, Mars-Bars planeti də onun adını daşımışdır. Mahmud Kaşğarlının “Divani lüğətit Türk” və digər tarixi mənbələrdə qeyd edildiyi kimi Türklər on iki müxtəlif heyvanın adını on iki ilə verərək özəl bir təqvim meydana gətirmişlər. Bu təqvim sonradan çinlilərə digər xalqlara keçmişdir. Mənbələrdən o da bəlli olur ki, qədim türklərdə həftə anlayışı yoxdur, çünki həftə islamı qəbul etdikdən sonra türklər içərisində yayılmasına baxmayaraq, ilin başlanğıcı “Siçan ili”dir, sonrakı illər sıra ilə Öküz, Bars, Dovşan, Əydaha, İlan, At, Qoyun, Meymun, Toyuq, İt, Donuz ili olaraq davam edir. Hər il adını daşıdığı heyvanın xarakterinə uyğun keyfiyyətlərə malik olur.

“Novruz” sözünün ilk dəfə fars mənbələrində eramızın II əsrində meydana çıxdığı, lakin bu hadisənin özünün artıq Əhəmənilər sülaləsi dövründə təxminən e.ə. 550-330-cu illərdə qeyd olunduğu fikri də irəli sürülür.

Əfsanələrdə və “Şahnamə” poemasında Novruzun qeyd olunmasının başlanğıcı guya İranın əfsanəvi Şahları Kayumərsin və Cəmşidin taxta çıxaraq hakimiyyətlərinin başlanması ilə əlaqələndirilir, buna görə də zərdüştilər arasında bayramın tez-tez işlənən adı “Cəmşidi Novruz”dur və bu bayramda şahların tacqoyma mərasimləri keçirilir, gerçək olan həqiqət odur ki, Cəmşid tarixdə olmayan əfsanəvi şahdır və adı Şumerlərin Günəş tanrısı UTU-nin yəni Od tanrısının adından götürülmüşdür. Akkadlar tanrı Utuya Şamaş deyirdilər və mənası günəş deməkdir. Bu adı ərəblər Şəms kimi ifadə edirdilər. Cəmşid adı Şamaş-utu yəni Sumercə və Akadca günəş adının birləşməsindən ibarət təhrif olunmuş şəklidir.

Maraqlı fakt odur ki, əfsanəyə görə, Cəmşid qızıl taxta Azərbaycanda oturaraq hakimiyyətə başlamışdır və həmin tacqoyma günü dünya nura boyanmış və yeni bir dövrün başlandığı gün onun şərəfinə Yeni gün-Novruz adlanmışdır.

Ərəblər Albaniyanı,yəni Azərbaycanın Arazdan şimaldakı ərazisini Serir adlandırırlar ki, onun mənası “Qızıl taxt” deməkdir. Şumer əfsanələrinə görə hakimiyyət rəmzi olan Qızıl taxt tanrı tərəfindən krallara dağlıq ölkə olan Arattada yəni indiki Azərbaycanda əta edilirdi. Sasanilər dövründə krallar həmin Qızıl taxta sahib olmaq üçün Azərbaycana yürüşlər edirdilər.

Bir çox müəlliflər Novruz adının əslində Nimruz olduğunu yazırlar. Nimruz – Nimrud əfsanəvi Şumer kralıdır və Babil qülləsini ucaldan hökmdar və ilk Turan imperatorudur. Tövratda və Quranda Nimrud mahir ovçu, əzəmətli hökmdar, İbrahim peyğəmbəri odla sınağa çəkən tirandır.

Əslində, Nimruz adının mənası “ali gün”, “uca gün” olub əzəmətli hökmdar Nimrudun taxta çıxdığı gündür. Nimrud adı sonradan Şahnamədə və digər İran əfsanələrində təhrif olunaraq Nimrud-Nimruz şəklində dəyişikliyə uğrayaraq Novruz kimi ifadə olunmuşdur.

Novrus bayramının Əhəmənilər dövründən bayram edildiyini və tarixin sonrakı dövründə Əhəmənilər İmperiyası tərkibində olmuş xalqlar tərəfindən qeyd olunduğu fikirləri mövcuddur. Görünür Nimrud-Nimruzla əlaqədar əfsanə Əhəmənilər dövründən etibarən Mesopotamiyanın qədim Turanlı xalqlarından əxz edilmişdir. Novruzu Atəşpərəstlik və Zərdüşlə də əlaqələndirmişlər.

Lakin Novruzu Asiyada və Avropada elə xalqlar bayram edirlər ki, onlar tarixən Əhəməni və Sasani dövlətləri ilə heç bir əlaqəyə malik olmamışlar, əksinə tarixən türklərin məskunlaşdığı ərazilərdə və müasir dövrdə də məhz türk xalqları tərəfindən bayram edilməkdədir. Tarixi mənbələr də sübut edir ki, Novruz ən hələ lap eramızdan əvvəl kökü Şumerlərə, Turanlılara və Türklərə bağlı olan bayram olub. Yazın, gəlişinin yeni ilin, bərəkətin rəmzinə çevrilib.

Torpağın oyanışı, ruhun dirçəlişi – Novruz

Baharın gəlişi ilə yeni ilin başlanması, əkinçilik və məhsuldarlıq bayramı kimi Novruz martın 21-də Rusiyada,o cümlədən Avropa və Asiyanın bir çox ölkələri və xalqları tərəfindən, məsələn, Dağıstan, Tatarıstan, Başqırdıstanda,Sibirdə və başqalarında qeyd olunur. Novruz Çinin Sincan-Uyğur Muxtar Bölgəsində, Kürdüstanda, Hindistanın bəzi bölgələrində, Albaniyada bektaşilər arasında, Bosniya və Herseqovina Federasiyasında və Şimali Makedoniyada da qeyd olunur.

Sibirdə yaşayan türk xalqları şorlar, teleutlar, xakaslar, tuvalar “ilin başı” mənasını verən Çıl-pası bayramını qeyd edirlər. Keçmişdə Şorlar arasında bahar fəsli Yeni ilin başlanğıcı hesab olunur, Sayan-Altay təqviminə görə, yaz bərabərliyi günündə ənənəvi olaraq şor və teleut Yeni ili və ya Çıl-Paji qeyd edilirdi. Şorlar yeni ili – Çil Paşını təmizlik simvolu olan yanar tonqalın ətrafında qeyd edirlər və bayram mərasimini Qam-şaman və onun köməkçisi olan alqışçı idarə edir. Bayram günü ailənin və evin əmin-əmanlığın qoruyucusu olan Atəş ruhu – Ot İneni razı salmaq üçün içki və xüsusi yeməklə qonaq edirlər.

Maraqlısı odur ki, buddizmin təsiri altında olan tuvalılar da Çin, monqollar, altaylar, buryatlar və kalmıklar kimi ay təqviminə görə fevral-mart aylarında Şaqaa yəni Şaqnın-çaazı (Yazın gəlişi) ilin başlanğıcını qeyd edirlər. Yaz, bayramı Novruz bir çox türk xalqları arasında gündüz bərabərliyi gününə təsadüf edir.

Baharın yaddaşı: Novruzun sirli dünyası

Tenqri dininə etiqad edən Yakutlarda yazın gəlişi-yeni il Isıax yay gündönümünə düşür.İsıaax yakutların Ayıı tanrısına həsr olunub, İsıaax sözü hərfi mənada “bolluq” kimi tərcümə olunur, günəş tanrısı kultu, məhsuldarlıq kultu ilə əlaqələndirilir. Şimalda uzun müddət davam edən sərt qışa görə təbiət yalnız yayda oyanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə dünyanın maddi-mənəvi irsi siyahısına daxil edilən yayda təbiətin oyanması bayramı başkurt və tatarlarda Hapantuy və Sabantuy, çuvaşlarda Akatuy adlanır. Aki-toy yazın gəlişi və əkinçiliyin başlanması məhsuldarlıq bayramıdır. Sabantuy xalq bayramı əkinçiliyin başlanması-yəni səpin və ya xış bayramı idi.

Çuvaş türklərinin Akatuy yəni Aki-toy bayramı Şumerlərin Akitu bayramında olduğu kimi həm ad baxımından həm də mahiyyət baxımından eyni ilə yazın gəlişi və əkinin başlanması kimi bayram edilirdi.

Şumerdə Akitu bayramı ilk bahar və son bahar olmaqla ilin iki ayında, Martın sonu-Aprelin ilk günündə təbiətin oyanmağa başlanması, yeni ilin girməsi, torpağın xışlanaraq becərildiyi və əkinin başlandığı gün qeyd edilir. Aprelin ikinci günü keçirilən Akitu bayramı isə payızda Şumerlərin Taşritu adlandırdığı Sentyabr ayında məhsul yığımı və bərəkət bayramı idi. Şumerin məhsuldarlıq, bərəkət və “həyat verən” ana tanrıçası, baş tanrı An-ın qızı Bau Akitu bayramına himayədarlıq edirdi.

Yeni ilin, əkinçiliyin və bərəkətin xəbərçisi olan Bayram təntənələrində xalqla birlikdə baş kahin və kral da iştirak edir, əhali şəhərdən kənara çıxır, əkin yerlərini gəzib-dolanır, təbiətlə iç-içə olurdu. Bayramda mərasim nəğmələri oxunur, Tanrının və kralın heykəli ucaldılır və onlara ithaf olunan dualar səsləndrilirdi.

Bütün türksoylu xalqların təbiətin oyanışı, dirilişi və dirçəlişi adına bağladığı Novruz Çuvaşlarda da böyük təntənə ilə qeyd olunur. Akatuyun ritual hissəsini həyata keçirmək üçün hər ailədə əvvəlcədən pivə bişirilir, yemək ehtiyatı hazırlanır və yumurtalar rənglənir. Sonra bütün bunlar şənlik ərəfəsində iştirakçılara paylanılır. Qonaq etmə qurtaran kimi aparıcı əkinçilik əməyini tərənnüm edən “Alran qayı aki-suxi” (“Əkin və şum bizim əbədi işimizdir”) mahnısını oxumağa başlayır. Qədim çuvaş ənənəsinə görə bütün qapılar üzü gündoğana açılır. Türk xalqları əzəldən doğan günəşə baxaraq dua edir.

Çuvaşların hər biri dualarında ən ali tanrı Turadan və ona tabe olan xeyirxah ruhlardan bol məhsul, mal-qaradan çoxlu qazanc, ailə üzvlərinə, bütün qohumlarına, qonşularına və tanışlarına sağlamlıq və bol sərvət diləyirlər.

Sibir türklərində Yeni il yaz bərabərliyi günündə – martın 22-dən başlanır. Hesab olunur ki, bu gün işığın daşıyıcıları olan ruhani qüvvələr öz enerjisini paylayır, insanların dünyasına qayıdır və payız bərabərliyi gününə qədər burada qalırlar. Onların gəlişi ilə təbiət və insan həyatı canlanır. Buna görə də tanrılarla səhər tezdən, təbiətdə, təpədə görüşmək və salamlamaq adətdir. 

Həştərxan tatarları da əvvəllər Novruzu martın 14-də geniş şəkildə qeyd edirdilər və onu ərəblərin hamal ayının adı ilə “amil”- adlandırırdılar.

Krım tatarları bayramın adını Navrez kimi tələffüz edirlər. Bayramdan əvvəl əcdadların məzarlarına gedib onları səliqəyə salmaq adətdir. Ev sahibləri evi səliqəyə salır, ağardıb təmir edirlər. 

Novruz, hətta xristian türkləri olan qaqauzlar və çuvaşlar tərəfindən də qeyd olunur. Çuvaşlar Novruza Naras deyirlər.

Ural-Altay türklərində Bahar bayramı Novruz-Erqenekon bayramı ilə yanaşı bir də dekabrın 21-22-də türklərin yeni ili olan Nurdoğan bayramı da möcuddur. Nurduqan, türklərdə və islama qədər olan türklər ilə Şumerlərdə də eyni adla xatırlanan yeni il bayramıdır. Bu bayrama Ayaz Ata bayramı da deyirlər. Türklərin qədim inancına görə gecə ilə gündüz davamlı vuruşur və 21 dekabr günü ən uzun gecədir və ardından günlər uzanmağa başlayır, buna görə 22 dekabr günü türklər üçün çox əhəmiyyətlidir və bu gün (ay ili əsasına söykənən bir təqvim istifadə etdikləri üçün) bütöv ayın yəni, bütöv ayın çıxdığı ilk gün yeni ilin ilk günüdür. Nar və ya nur sözünü yalnışlıqla moğol sözü kimi izah edirlər. Əslində isə Nur işıq-günəş-nur anlamında kökü Türküstanda Turan elləri Hurri, Midiya, Urartu dillərinə bağlıdır. Sözün mənası işığın – nurun doğması deməkdir.

Baharın yaddaşı: Novruzun sirli dünyası

Bayram süfrələrində buğda, arpa, darı, qarğıdalı, lobya, noxud, mərcimək, düyü, küncüd və lobyadan hazırlanmış yumru yeməklər düzülürdü. Yəni yaz qabağı bərəkət və bolluq gətirən bu taxıl məhsullarına özəl münasibət bəslənirdi. Novruzda yeməklər əsasən bitki mənşəli yeddi məhsuldan hazırlanır, ən məşhur bayram yeməyi Sumalakdır (sümələkdir) – buğda cücərtilərindən-səmənidən hazırlanan yemək növüdür. Ümumiyyətlə, Azərbaycanda Novruz bayramında səməninin özəl yeri vardır, o, qışın soyuğundan sonra təbiətin canlanmasını, bərəkəti, bolluğu təcəssüm etdirir. Şəkərbura, paxlava, badambura, qoğal, kətə, külçə, fəsəli və qatlama ilə yanaşı, səmənin cücərdilməsi, səməni halvasının bişirilməsi də dediklərimizə əyani sübut olmaqla yanaşı, Novruzun eyni yaddaşa və düşüncəyə bağlı olduğunu göstərir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi

GÜNDƏM

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin