Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Nobel”siz dahi

Elm aləmində əfsanəyə çevrilmiş, onlarla nominasiyaya layiq görülməsinə rəğmən heç vaxt Nobel mükafatı almayan fizik barədə heç indiyə qədər eşitmisinizmi?

Baki-baku.az yazır ki, söhbət kvant nəzəriyyəsi, elektronika nəzəriyyəsi və elektromaqnetizm sahəsində kəşfləri ilə XX əsrin fizikasının simasını dəyişmiş alman dahisi Arnold Zommerfelddən gedir.

1917–1951-ci illər arasında Zommerfeldin Nobel mükafatına 84 dəfə namizədliyi irəli sürülüb və bu, rekord indiyə qədər təkrarlanmayıb. Məsələni daha da maraqlı edən məqam isə onun tələbələrinin elm akəmində əsl ulduzlara çevrilməsidir: yeddi nəfər– Verner Hayzenberq, Volfqanq Pauli, Peter Debay, Hans Albert Bete, Laynus Polinq, Isidor Ayzek Rabi və Maks fon Lauve – öz möhtəşəm kəşflərinə görə Nobel mükafatına layiq görülüblər. Təsəvvür edin ki, bir müəllim, öz ideyaları ilə elm aləmin titanlarını yetişdirən şəxsin özü dünyanın ən prestijli elmi mükafatından məhrum olub.

Zommerfeld yalnız gələcək laureatları yetişdirməklə kifayətlənmədi, həmçinin müasir fizikanın əsasını qoyan və elmi tədqiqatçılar tərəfindən bu gün də istifadə olunan metodları inkişaf etdirib. Alim qızıl medalla təltif edilməsə də onun adı elm tarixində misilsiz biliyin və sonsuz zəka sahibinin əbədiləşdirilmiş simvolu kimi qalır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin