Nəşr edilmişdir 02/18/2025

Paylaşın

TARİXİMİZ

Nobel qardaşlarından 5G-yə: Azərbaycanın Bakıdan başlayan telefon rabitəsi inkişafı

F31861C4-380E-4155-99D3-12123BA38AB4

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və həmin ilin fevralın 18-də icazə verilib. Noyabr ayının 23-də isə Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib.
Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir.
İllər keçdikcə telefon rabitəsi böyük dəyişikliklərə uğrayaraq, sadə naqilli sistemlərdən müasir mobil texnologiyalara qədər inkişaf edib.
Həmin dövrlərdə telefon əsasən neft sənayesi ilə bağlı şirkətlər və dövlət idarələri arasında əlaqə yaratmaq üçün istifadəyə verilmişdi. Artıq 1900-cu ildə Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 1146 telefon istifadəçisi olub. Bu, o dövr üçün əhəmiyyətli göstərici idi və Azərbaycanın rabitə sahəsində qabaqcıl mövqeyə sahib olmasına şərait yaradırdı.

Sovet dövründə telefon rabitəsinin inkişafı
SSRİ dövründə Azərbaycanın telefon infrastrukturu daha da genişləndirildi. Belə ki, rayon mərkəzlərində telefon xətləri çəkilməyə başladı və bu, ölkənin müxtəlif bölgələrində rabitənin əlçatanlığını artırdı.
1928-ci ildə isə Bakıda telefon nömrələrinin sayı 5 185-ə çatıb, 1930-cu ildə Maştağada əl ilə xidmət olunan telefon stansiyasi tikilib. 1932-cü ildə Bakıda ilk avtomatik telefon stansiyası istifadəyə verildi.
1970-ci illərə gəldikdə, telefon rabitəsi təkcə inzibati qurumlar üçün deyil, həm də ev təsərrüfatları üçün əlçatan olmuşdu. Eyni zamanda xarici ölkələrlə də telefon əlaqəsi qurulmağa başladı.
Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə Bakı şəhər telefon qovşağının üç mərtəbəli inzibati binası inşa edilir. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan telekommunikasiya tarixinin mühüm abidələrindən biridir. Bu bina XX əsrin əvvəllərində istifadəyə verilmiş və uzun müddət Bakı şəhərinin telefon əlaqəsi mərkəzi kimi fəaliyyət göstərib.

Müstəqillik dövründə telefon sektorunun transformasiyası
Azərbaycan müstəqillik qazandıqdan sonra telefon sektoru yeni inkişaf mərhələsinə qədəm qoydu. Mobil rabitə texnologiyalarının ölkəyə gəlişi telefon sektorunda inqilabi dəyişikliklərə səbəb oldu. Qısa müddət ərzində mobil telefonlar ölkədə geniş yayıldı və ənənəvi ev telefonlarına alternativ kimi istifadə olunmağa başladı.
2000-ci illərdən etibarən Azərbaycan telefon texnologiyalarında sürətli inkişaf yolunu seçdi. Bazara daxil ol olan yeni mobil operatolar sayəsində mobil rabitə istifadəçilərinin sayı sürətlə artdı. Sonrakı illərdə isə 3G, 4G texnologiyalarının tətbiqi ilə telefon rabitəsi təkcə səsli danışıq vasitəsi olmaqdan çıxaraq, məlumat mübadiləsi və internet əlaqəsi üçün əsas platformaya çevrildi.

Nobel


Azərbaycanın telekommunikasiya sahəsində gələcəkdə əsas hədəfləri arasında süni intellekt əsaslı rabitə sistemlərinin tətbiqi, mobil internet sürətinin artırılması və telefon infrastrukturunun daha da müasirləşdirilməsi dayanır. Bütün bu inkişaflar ölkənin rəqəmsal gələcəyini formalaşdırmaqda mühüm rol oynayacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb.

Ən son

DİGƏR XƏBƏRLƏR

Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Xüsusi

DİGƏR XƏBƏRLƏR

Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Xüsusi