Nəşr edilmişdir 02/14/2025

Paylaşın

GÜNDƏM

Nizami rayonunda növbəti həyət abadlaşdırılaraq istifadəyə verilib

abadlaşdırılaraq istifadəyə verilib, Nizami rayonu, Park

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Nizami rayonu ərazisində də abadlıq-quruculuq və yenidənqurma işləri çərçivəsində məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidənqurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davamlı olaraq həyata keçirilir.
Baki-baku.az xəbər verir ki, növbəti ünvanda – Naxçıvanski küçəsi 38 və 48 saylı binaları əhatə edən məhəllədə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd olunan ünvanlarda binaların fasadları, girişləri və pilləkən qəfəsələri təmir edilərək boyanıb, pəncərələr və giriş qapıları yenilənib, binaların əhatə etdiyi həyətə yeni asfalt örtüyü salınıb, səki daşları qoyulub. Azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb, ərazidə söhbətgahlar, oturacaqlar, kiçik tullantılar üçün qutular qoyulub. Bundan əlavə, işıq və kamera dirəkləri qoyulub, müşahidə kameraları quraşdırılıb.
Ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə mövsümi güllər və 2500-ə yaxın həmişəyaşıl kol əkilib, yaşıllıq örtüyü salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Eyni zamanda, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məhəllə sakinlərinin iştirakı ilə ərazidə əlavə 100 ədəd Şam ağacı əkilib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü başlayıb.

Ən son

GÜNDƏM

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın

GÜNDƏM

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın