Paytaxtın Yasamal rayonunda daha 4 kəsişmədəki işıqforlara velosiped bölmələri quraşdırılıb.
Baki-baku.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan yaradır.