Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/22/2026

Paylaşın

GÜNDƏM

Nizami küçəsində piyada zonalarında mülkiyyət hüququ və şəhər qaydaları necə tənzimlənir? – ARAŞDIRMA

Nizami küçəsi, Tarqovu

Bakının mərkəzində yerləşən, şəhərin ən canlı və hərəkətli nöqtələrindən biri sayılan Nizami küçəsi (Tarqovu) bir müddətdir ki, həm sakinlər, həm də turistlər üçün xüsusi qaydalarla idarə olunur. Burada nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və əsas məqsəd piyada zonasında təhlükəsizliyi və rahatlığı təmin etməkdir. Lakin bu qaydalar istisnalarla tətbiq olunur: ərazidə yaşayan sakinlər və burada fəaliyyət göstərən şirkətlər müəyyən icazə əsasında avtomobillərini daxil edə bilirlər.

Baki-baku.az xəbər verir ki, ötən gün isə bu qaydalarla bağlı maraqlı və eyni zamanda müzakirələrə səbəb olan bir hadisə yaşanıb. Ərazidə yerləşən binalardan birində yaşayan sakin mənzilini təmir etdirmək məqsədilə yükmaşını ilə tikinti materialları sifariş edib. Lakin yük maşını əraziyə daxil olmaq istəyərkən problem yaranıb. Belə ki, yükavtomobili həmin ünvanda qeydiyyatda olmadığı üçün əraziyə buraxılmayıb.

Hadisə bir daha göstərib ki, “Tarqovu” kimi xüsusi rejimli zonalarda qaydalar ciddi şəkildə tətbiq olunur və istənilən giriş avtomatik icazə ilə mümkün olmur. Bu cür hallarda isə əvvəlcədən prosedurların yerinə yetirilməsi vacib hesab edilir.

Nizami küçəsi, Tarqovu, Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə vəziyyətlərin qarşısını almaq üçün vətəndaşlar əvvəlcədən müvafiq quruma, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etməlidirlər. Onun sözlərinə görə, “141” çağrı mərkəzi vasitəsilə əlaqə saxlamaq və giriş icazəsini razılaşdırmaq mümkündür. Bu prosedur düzgün yerinə yetirildiyi halda yük maşınlarının da əraziyə daxil olması təmin oluna bilər. Ekspertin fikrincə, bu qaydalar həm şəhər intizamını qorumağa, həm də piyada zonasının məqsədini pozmamağa xidmət edir.

Nizami küçəsi, Tarqovu, Rəşad Əliyev

Digər tərəfdən, tanınmış vəkil Rəşad Əliyev məsələni hüquqi baxımdan şərh edərək bildirib ki, bu cür məhdudiyyətlər mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, söhbət istisna rejimli ərazidən getdiyi üçün burada əsas məqsəd ümumi qaydanın qorunmasıdır. Lakin, eyni zamanda, vətəndaşların ehtiyacları da nəzərə alınmalı və əvvəlcədən müraciət etməklə yük maşınlarının girişinə şərait yaradılmalıdır.

Vəkil vurğulayıb ki, əvvəlcədən icazə alınmadıqda belə halların yaranması həm vətəndaşlar üçün çətinlik yaradır, həm də sistemin sui-istifadə olunmasına yol aça bilər. Buna görə də balanslı yanaşma, yəni həm qaydanın qorunması, həm də zəruri hallarda istisnaların tətbiqi vacibdir.

Baş verən hadisə əslində şəhər mərkəzlərində piyada zonalarının idarə olunması ilə bağlı daha geniş bir mövzunu gündəmə gətirir. Bir tərəfdə təhlükəsizlik, rahatlıq və şəhər estetikası dayanır, digər tərəfdə isə gündəlik həyatın real ehtiyacları. “Tarqovu” kimi ərazilərdə bu balansın qorunması isə həm vətəndaşların, həm də aidiyyəti qurumların koordinasiyasından asılıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda aprelin 22-də havanın çiskin olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin