Nəşr edilmişdir 07/11/2025

Paylaşın

GÜNDƏM

Niyə ölkələrin bayrağında bənövşəyi rəng yoxdur?

Bir bayraq sadəcə rəng və simvol deyil, bir millətin tarixidir. Qırmızı cəsarəti, mavi azadlığı, ağ sülhü təmsil edir. Bəs bənövşəyi? Niyə bu zəngin – kral rəngi bayraqlarda yoxdur? Çünki keçmişdə bənövşəyi boya çox nadir və bahalı idi. Yalnız padşahlar və zadəganlar istifadə edə bilirdi. Bir qramı qızıl qiymətinə idi! Ona görə də xalqlar bu rəngi bayraqlarına qoya bilmədi.

Yəni səbəb moda yox, iqtisadiyyat idi
Bənövşəyi rəng, sadəcə bir seçim deyil, əlçatmaz bir güc simvolu idi. Bənövşəyi boya qədimdə Aralıq dənizi sahillərində, xüsusilə bugünkü Livanın Sur şəhərində yaşayan dəniz ilbizindən hazırlanırdı. Amma bu, heç də asan deyildi. Cəmi 1 qram bənövşəyi boya almaq üçün 10.000-dən çox ilbiz lazım olurdu! Ona görə də bu rəngin qiyməti qızılla müqayisə olunurdu.
Elə ki, 1800-cü illərdə yarım kilo bənövşəyi boya təxminən 56.000 dollar dəyərində idi!
Nəticədə, bənövşəyi rəng yalnız ən varlı və nüfuzlu şəxslərin istifadə edə bildiyi status simvoluna çevrilmişdi.
Bənövşəyi rəngin ihtişamı təkcə qiymətindən qaynaqlanmırdı.
Bu rəngin daşıdığı mənalar da bir o qədər güclü idi. Krallıq və soyluluqla əlaqələndirilən bənövşəyi, İngiltərə kraliçası I Yelizaveta dövründə yalnız saray əyanlarının geyinməsinə icazə verilən rəng idi. Kraliça o qədər qətiyyətli idi ki, ailəsi xaricində heç kimə bənövşəyi geyim geyinmək icazə verilmirdi!

Bəs bayraqlarda niyə bənövşəyi yoxdur?
Təsəvvür edin: bir ölkə bayraq hazırlayır, amma bənövşəyi rəng istifadə etmək istəsə belə, xərci qarşılaya bilmir. Çünki bu boya təkcə o dövrün yox, bəlkə də bütün zamanların ən bahalı boyası idi! Bu səbəbdən, ölkələr tarix boyu daha çox qırmızı, mavi, ağ istifadə edidlər. Beləcə, daha əlçatan və ucuz rənglər bayraqlarda yer aldı, bənövşəyi isə kənarda qaldı.

Bəs bənövşəyi necə ucuzlaşdı?
Hər şey bir təsadüflə başladı. 19-cu əsrdə ingilis kimyaçı Uilyam Henri Pörkin təsadüfən sintetik bənövşəyi piqment kəşf etdi. Əslində o, bir dərman üzərində işləyirdi. Amma bu kimyəvi bənövşəyi həm ucuz, həm də asan istehsal olunan bir boya idi. Beləcə, bənövşəyi rəng “azadlığa çıxdı”, artıq krallara məxsus deyil, xalqın da istifadə edə biləcəyi bir rəng oldu.
Amma nə fayda…
O vaxta qədər əksər bayraqlar artıq dizayn olunmuş və qəbul edilmişdi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Rusiyada Azərbaycan türkcəsində çap olunan əvvəlimci qəzet”

Ən son

GÜNDƏM

Forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi

GÜNDƏM

Forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi