Nəşr edilmişdir 04/07/2025

Paylaşın

GÜNDƏM

Niyə məhz bəyaz gəlinlik? – Heç düşünmüsüz?

Niyə məhz bəyaz gəlinlik?, gəlinlik

Tarixən insanlar həyatlarını daha dəqiq etmək və asanlaşdırmaq üçün müəyyən qaydaların olmasına ehtiyac görüblər. Konkretlik olduqda insan hər elementar məsələni düşünməyə vaxt xərcləmək yerinə artıq hazır qəlibləri özünə rəhbər tutur. Belə olduqda digər önəmli məsələləri düşünməyə daha çox vaxt qalır. Bu qəliblərdən biri də ağ gəlinlikdir. Heç düşünmüsüz niyə toyda əksər gəlinlər ağ libas geyinirlər?..
Yuxarıda qeyd etdiyim kimi, bu haqda adətən düşünmür insanlar, çünki daha vacib, xoş, həyəcanverici anlar olur toy ərəfəsində. Lakin öz-özlüyündə mövzu maraqlıdır, fikrimcə.

Niyə məhz bəyaz gəlinlik?, gəlinlik


Xanımlar toy günlərində geydikləri özəl libas olan gəlinliklər, hər millətin öz adətlərinə görə formalaşmışdı ilkin çağlarda. Ta ki ingilis kraliçası Viktoriya toyunda ağ rəngdə gəlinliyi seçənə qədər. Ağ rəng özlüyündə paklığı, təmizliyi, məsumluğu simvolizə etdiyindən tezliklə yeni dəbə bütün Avropa ayaq uydurmağa başladı.
Bu dəb Osmanlı dövlətindən də yan keçmədi. Sultan II Abdulhəmidin qızı Naimə Sultan Plevnə qəhrəmanı Qazi Osman Paşanın oğlu Müşir Kəmallədin Paşa ilə toyunda bəyaz gəlinlik geyindi.
Qeyd edək ki, Naimə Sultanın ilk evliliyi 17 mart 1898-ci ildə Mehmet Kəmaləddin Paşa ilə (1869-1920) baş tutdu, ancaq onlar 1904-cu ildə ayrıldılar. Bu nikahdan onun bir oğlu oldu. İkinci evliliyi isə 11 iyul 1907-ci ildə Mahmud Cəmaləddin Paşa ilə (1874 – 1944) baş tutdu və bu nikahdan onun bir qızı oldu.
Naimə Sultan 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi və ailəsi ilə birlikdə əvvəlcə Fransada və İtaliyada, sonra isə Albaniyada məskunlaşdı. 1945-ci ildə Tiranada vəfat etdi.

Niyə məhz bəyaz gəlinlik?, gəlinlik

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uşaqların birinci sinfə qəbulu prosesi başlayır.

Ən son

GÜNDƏM

Yuxarıda qeyd etdiyim kimi, bu haqda adətən düşünmür insanlar, çünki daha vacib, xoş, həyəcanverici anlar

GÜNDƏM

Yuxarıda qeyd etdiyim kimi, bu haqda adətən düşünmür insanlar, çünki daha vacib, xoş, həyəcanverici anlar