Nəşr edilmişdir 06/30/2025

Paylaşın

GÜNDƏM

Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü qeyd edilib

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü qeyd edilib.
Baki-baku.az xəbər verir ki, Azərbaycanın Xalq artisti Mehriban Zəkinin moderatorluğu ilə keçən tədbirdə ilk olaraq Nigar Rəfibəylinin qızı Fidan Rzayeva danışıb. O, nitqində şairin keçirdiyi çətin gənclik illərindən, lakin çox xoşbəxt bir ailə həyatından söz açıb. Çıxışının sonunda Nigar xanımın “Deyilsən” şeirini səsləndirib.
Sonra Nigar xanımın nəvəsi Aysel Vəzirova səhnəyə gələrək, onun inanılmaz zərif və eyni zamanda çox güclü bir xarakterə malik olduğunu bildirib. Bunlarla yanaşı, onun çox müasir fikirlərə malik olduğunu xüsusi qeyd edib. “Biz Azərbaycan qadını bəbək deyilik, kukla deyilik, biz əsgərlik!” – deyə şairin misrasını səsləndirib. Ədəbiyyat tarixində dastan kimi dillərə düşən Rəsul Rza və Nigar Rəfibəyli sevgisinin nüanslarını dilə gətirib.
“Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva da fikirlərini bölüşüb. Onların əbədi sevgisindən danışıb.
Nigar Rəfibəylinin öz ifası olan lent yazısı dinlənəndən sonra şairin oğlu Xalq yazıçısı Anar anası haqqında xatirələrini bölüşüb. Bahar Muradova, Aynur Sofiyeva və digər qonaqlara, eybi zamanda tədbirin təşkilatçısı Günel Anarqızına təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbir boyu Cahangir Cahangirov adına xorun solistləri “Ala gözlüm”, “Yaman ayrılıq”, “Güllərim” mahnılarını fortepiano müşayiəti altında ifa edərək tədbirə xüsusi rəng qatıblar. Həmçinin qiraətçi Sabirə Abdullayevanın ifasında səslənən şeir qonaqlar tərəfindən yüksək sevgi ilə qarşılanıb.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü