Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

ƏDƏBİYYAT

Nəzakət Məmmədovanın “Şəhidlik and yeridir…” kitabının təqdimat mərasimi keçirilib

“Şəhidlik and yeridir..."

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası “Baku Book Center” – Bakı Kitab Mərkəzində “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi “Şəhidlik and yeridir…” kitabının təqdimat mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, Respublika Xatirə Kitabı Redaksiyasının baş redakoru Nəzakət Məmmədovanın müəllifi olduğu “Şəhidlik and yeridir…” kitabı şəhid baş leytenat, Azərbaycan Bayrağı Ordenli Vüsal Sübbuh oğlu Babayevin qəhrəmanlıq dolu ömür və döyüş yoluna həsr olunub.

Jalə Həsənlinin moderatorluğu ilə baş tutan tədbiri Bakı Kitab Mərkəzin rəhbəri, yazıçı Günel Anarqızı açıb.

Ardınca Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Millət vəkili Ceyhun Məmmədov, Xalq şairi Vahid Əziz, Millət vəkili Aydın Mirzəzadə, Pirallahı rayon icra başçısının müavini Vəzir Səfixanov, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı publisist Zemfira Məhərrəmli, Şair-publisist Rəfail Tağızadə, Tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, Tədbirin təşkilatçısı, jurnalist Fuad Mədətov, kitabın müəllifi Nəzakət Məmmədova və şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışlar etdilər. Şəhidin qızının ifasında mahnı hər kəsin ürəyini titrətdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçirilir.

Ən son

GÜNDƏM

Paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi

GÜNDƏM

Paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin