Nəşr edilmişdir 01/07/2025

Paylaşın

GÜNDƏM

NASA-dan heyrətamiz kadr – Marsda “toz iblisləri” rəqs edib

NASA

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib.

Baki-baku.az xəbər verir ki, şəkildə Qırmızı planetdə fırlanan nəhəng burulğanlar – “toz iblisləri”nin fasiləsiz fəaliyyəti əks olunub.
Qeyd edək ki, Yerdəki tornadoları xatırladan “toz iblisləri” Qırmızı planetdə ən maraqlı atmosfer hadisələrindən biridir. Bu burulğanlar Mars səthi qızanda əmələ gəlir; İsti hava sürətlə yuxarı qalxaraq toz hissəciklərini özü ilə aparır.
“Toz iblisləri”nin ölçüləri kiçik zərərsiz burulğanlardan saatlarla davam edən kilometrlə ölçülən nəhəng sütunlara qədər dəyişir.
Heyrətamiz kadr Mars orbitində olan “Mars Reconnaissance Orbiter” kosmik gəmisində quraşdırılmış “HiRISE” kamerası ilə çəkilib.

NASA


Şəkildə “toz iblislərinin” Mars landşaftında qoyduğu izlər aydın görünür.
Qeyd olunur ki, Marsın atmosferi seyrək olsa da (sıxlığı Yer atmosferinin cəmi 1%-ni təşkil edir), son dərəcə dinamikdir.
Alimlər Mars səthində tozun toplanma sürətini və hərəkət trayektoriyalarını öyrənirlər ki, bu da onlara Qırmızı planetdəki atmosfer proseslərini daha yaxşı başa düşməyə kömək edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib. Baki-baku.az paylaşımı təqdim

Ən son

İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190”

GÜNDƏM

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Трети Півні” emalatxanasının müəllif fotoşəkilləri qalereyasının fotosərgisi açılıb.Bu barədə

GÜNDƏM

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib.Bu barədə AZAL məlumat yayıb.Məlumata görə, Azərbaycan Hava Yolları (AZAL)