Nəşr edilmişdir 11/22/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Naringinin faydaları hansılardır və onu necə seçmək lazımdır

Naringinin mövsümüdür. Lakin naringinin çeşid çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.
Baki-baku.az bu barədə “Veçernyaya Moskva” nəşrinə istinadən xəbər verir.
Rusiyalı mütəxəssis, diyetoloq və nutrisioloq İrina Pisareva naringilərin faydaları və seçim zamanı diqqət edilməli məqamlar barədə danışıb.
Onun sözlərinə görə, naringi dadlı olması ilə yanaşı, çoxsaylı faydalı xüsusiyyətlərə də malikdir.
“Naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və təbii antidot hesab edilən çoxlu miqdarda limon turşusu var. Bu səbəbdən naringidə nitratlar yoxdur” ,- deyə mütəxəssis vurğulayıb.
Bu meyvənin tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.
Diyetoloqun dediyinə görə, naringidə yüksək miqdarda C vitamini, yəni askorbin turşusu var. Bundan əlavə, tərkibində B və K qrupu vitaminləri, D və P vitaminləri də mövcuddur. Həmçinin naringidə kalsium, maqnezium və kalium kimi faydalı minerallar yer alır. Ən maraqlısı isə onun təbii antidepresan təsirinə malik olmasıdır.
Bununla belə, həkim xəbərdarlıq edib ki, naringi bütün faydalarına baxmayaraq, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
“Kəskin nefrit, hepatit, xolesistit xəstəlikləri, eləcə də mədə xorası olan şəxslər naringi yeməkdən çəkinməlidirlər. Bundan əlavə, tərkibində çoxlu şəkər olduğu üçün bu meyvə şəkərli diabet xəstələrinə də zərər verə bilər. Gündəlik 5-6 meyvədən çox yemək tövsiyə edilmir” ,- deyə Pisareva əlavə edib.
Mütəxəssis, həmçinin naringi seçərkən diqqət edilməli məqamları qeyd edib:
“Meyvənin bütövlüyünə diqqət yetirmək lazımdır, zədələnmiş olmamalıdır. Çeşiddən asılı olaraq, naringilər sıx və ya yumşaq ola bilər”.
O, xüsusilə “Klementin” sortunun üstünlüklərindən bəhs edib:
“Bu sortdan olan naringilər toxunuşda daha möhkəm olur və askorbin turşusunun ən yüksək miqdarına malikdir. Bu səbəbdən “Klementin” sortunu almağı tövsiyə edirəm” , – deyə Pisareva bildirib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri