Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Nar və ya ürək-damar xəstəliklərinin düşməni

Nar, Ürək-damar xəstəlikləri, Qan təzyiqi

Nar ekstraktı 55 yaşdan yuxarı insanlarda qan təzyiqini və orqanizmdə iltihabı azaldır, ürək-damar xəstəliklərindən qoruyur.

Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, İngiltərənin Mançester Universitetinin alimləri bu qənaətə gəliblər və araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Araşdırmada 55-70 yaşlarında 86 nəfər iştirak edib. Könüllülərin artıq çəkisi və xroniki xəstəlikləri olmayıb. Sınaqda iştirak edənlərin orta sistolik arterial (qan) təzyiqi 128 mmHg olub. Alimlər bu dəyərləri yüksək, lakin hipertonik diapazona çatmayan dəyərlər kimi xarakterizə edilər.

Birinci mərhələdə sınaqda iştirak edənlər laboratoriya analizi üçün qan nümunələri təqdim ediblər. Onlardan bəzilərinin orqanizmində iltihab molekullarının (interleykinlər), triqliseridlərin və xolesterinin səviyyəsinin yüksək olduğu aşkar edilib ki, bunlar ürək xəstəlikləri üçün məlum risk faktorlarıdır.

Bundan sonra iştirakçılar 12 həftə ərzində nar ekstraktı və ya nar ekstraktı ilə eyni görünüşə və dada malik olan plasebo qəbul etmələri üçün iki qrupa bölünüblər.

Təkrar yoxlamalar göstərib ki, nar ekstraktı qan təzyiqini effektiv şəkildə normallaşdırıb.

Birinci qrupda orta hesabla sistolik arterial (qan) təzyiq 5,2 mmHg azalıb. Diastolik arterial təzyiq təxminən 3 mmHg azalıb, baxmayaraq ki, bu dəyişiklik statistik əhəmiyyətli deyildi. Alimlərin sözlərinə görə, bu təsirə nardakı güclü təbii antioksidant maddələr olan polifenollar səbəb olub.

Həmçinin birinci qrupdan olan iştirakçıların qanında iltihablı interleykinlərin (IL-6 və IL1-β) sayında azalma müşahidə olunub ki, bu da ürək-damar xəstəliklərinin inkişaf riskini daha da azaldıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, результаты исследования опубликованы в журнале Energy & Environmental Materials

Ən son

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier
Facebook
X (Twitter)
LinkedIn
Email