Nəşr edilmişdir 05/22/2025

Paylaşın

GÜNDƏM

Napoleonun əfsanəvi qılıncı satışa çıxarılıb

IMG-20250522-WA0006_converted

Fransa imperatoru Napoleon Bonapartın 10 il ərzində daşıdığı əfsanəvi qılınc Parisdə 850 min funt sterlinqə (təxminən 1.9 milyon manat) satışa çıxarılıb.

Baki-baku.az bu barədə “Daily Mail“ə istinadən xəbər verir.

Bu silah 1804-cü ildə Napoleonun Fransa imperatoru elan olunması şərəfinə Versal silah zavodunda hazırlanıb. 81 sm-lik qılıncın üzərində “N Bonaparte” və “Premier Consul” (Birinci Konsul) yazıları həkk olunub. Napoleon bu qılıncı çox qiymətləndirirdi və 1815-ci ilin martına qədər özündə saxlayıb.

Sonradan o, bu qılıncı Lionun ələ keçirilməsi və Anqulem hersoqunun əsir alınması münasibətilə marşal Emmanuel de Qruşiyə hədiyyə edib. Vaterloo döyüşündəki məğlubiyyətdən sonra Napoleon Müqəddəs Yelena adasına sürgün edilib və ömrünün son illərini orada keçirib. Qılınc isə 210 il ərzində Qruşi ailəsində saxlanılıb və indi “Druo” hərracında satışa çıxarılıb.

Qeyd edək ki, hərracın təşkilatçısı bu silah nadirliyi, yüksək keyfiyyəti və unikal tarixi ilə fərqləndiyini, bu qılıncın Napoleonun iki əsrdən artıq bir ailədə qorunub saxlanılmış azsaylı şəxsi əşyalarından biri olduğunu bildirib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir