Nəşr edilmişdir 05/30/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Nadir Şah Əfşarın Hindistan qənimətləri London, Tehran və Moskva muzeylərinə necə düşdü?!

Nadir şah Əfşar

Nadir Şah Əfşar Hindistan səfərindən Moğol xəzinəsinə məxsus qiymətli qənimətlərlə döndü. Onun sırasında üç ziqiymət, dəyərlərin əyarı olan brilyant var idi. Onlardan biri “Kuhi-nur”dur. Beş yüz karatlıq “Kuhi-nur” İran Böyük Britaniya və İngiltərə krallığı tərəfindən işğal edildikdən sonra kral sarayına aparılıb. Kraliça II Yelizavetaya hədiyyə olaraq təqdim edilib. Onun tacını bəzəyən, tayı-bərabəri olmayan “Kuhi-nur” indi London Kral Muzeyində saxlanılır.

Nadir şah Əfşar

İkinci böyük üç yüz karatlıq “Göy brilyant” Qacarlar dövləti çar Rusiyası tərəfindən işğal edildikdən, səfir təyin olunan şair, mütərcim, diplomat Qribayedov əxlaq məsələsinə görə qətlə yetirildikdən sonra Peterburqa göndərilib. Çariça II Yekaterinanın tacın bəzəyib. İndi Moskva Almaz Fondunda mühafizə olunur.

Nadir şah Əfşar

Nadir Şah Əfşarın qənimət olaraq gətirdiyi üçüncü qiymətli, üç yüz karatlıq “Dəryayi-nur” adlı brilyant öncə onun ikinci həyat yoldaşı, xəzinədarı, Hacı Sadıq ağa Əfşarın bacısı Gurşad xatunun, sonra isə Pəhləvi şahzadələrinin tacını bəzəyib. Hazırda İranda Tehran Mərkəzi Bankında qorunur.

Nadir şah Əfşar

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.