Nəşr edilmişdir 06/10/2025

Paylaşın

TARİXİMİZ

Nadir Şah Əfşar II Yekaterinanın dərsini necə verdi?!

Nadir Şah Əfşar, II Yekaterina

Hindistanı fəth edən, Sənqam döyüşlərindən sonra Karnal yürüşləri ilə dünyaya səs salan Nadir şah Əfşar rusların nigaran ruhuna, qorxulu röyasına çevrilmişdi. Xəzər dənizində hərbi dəniz donanmasına sahib olan Çar Rusiyası onun Şimala yürüş edəcəyindən nigaran olur. İmperatriçə II Yakaterina Nadir şaha məktub göndərərək ona yazır: “Gəl, birləşək, birlikdə Osmanlı Ordusunu məhv edək!” Bütün siyasi fəaliyyəti, hakimiyyəti illərində qərarlarını bir türk-müsəlman əzəməti, mütəfəkkir dövlət xadimi kimi alan Nadir şah II Yekaterinaya, onun simasında “Qafqazı parçala hökm sür, İstanbulu fəth et!” nidası ilə bu torpaqları zaman-zaman qan gölündə boğan Çar cəlladlarına Qafqazın sərt-sıldırım qayalarını xatırladan cavab verir: “Bizə heç bir kafirin dəstəyi lazım deyil, Mən təkbaşına bir addım ataraq Hindistanı tutdum. Lazım gəlsə, bir addım da atıb Sizin dünyanı tutaram”.

Nadir Şah dediyi kimi etmiş, Əfşarlar imperiyasının ərazisini Çar Rusiyasının sərhədlərinə qədər uzatmaqla kifayətlənməmiş, onları Azərbaycandan, Şimali Qafqazdan, Türküstandan, Yaxın və Orta Şərqdən çıxarmış, Osmanlı ilə Çar Rusiyası arasında qüdrətli bir Əfşarlar İmperiyası qurmuşdur.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a ADY-dən məlumat verilib

Ən son

GÜNDƏM

Minimalist, lakin məna yüklü dekorasiyalar – təkcə məkan yaratmır, həm də personajların daxili aləmini vizuallaşdırır.

GÜNDƏM

Minimalist, lakin məna yüklü dekorasiyalar – təkcə məkan yaratmır, həm də personajların daxili aləmini vizuallaşdırır.