Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

HƏR ŞEYDƏN

Nadir avtomobillər hərraca çıxarılır

"Mercedes-AMG One", "Mercedes-AMG GT Black Series Project One Edition"

İki superkar – “Mercedes-AMG One” və “Mercedes-AMG GT Black Series Project One Edition” avtomobilləri bu ilin oktyabrında Münhendə keçiriləcək “RM Sotheby’s” hərracına çıxarılacaq.

Baki-baku.az bu barədə auto.ru-ya istinadən xəbər verir. Məlumata görə, onlardan biri Nürburqrinq rekorduna sahibdir.

Avtomobillərin 2.75 milyon dollardan 3.4 milyon dollaradək qiymətə satılacağı təxmin edilir.

Hibrid “Mercedes-AMG One” 1.6 litrlik V6 turbomühərriki (574 at qüvvəsi) ilə təchiz edilib. O, həmçinin dörd elektrik mühərrikinə malikdir. Mühərriklərin ümumi gücü 1063 at qüvvəsidir. Avtomobil məhdud sayda – 275 ədəd istehsal olunub.

Hərracın lotları arasında 28 832 kilometr məsafə qət etmiş və mükəmməl vəziyyətdə olan nadir, 1998-ci il istehsallı “Porsche 911 Turbo S” superkupesi də olacaq. Avtomobilin 770-880 min dollar arasında satılacağını təxmin edirlər. 993 ədəd istehsal olunan bu avtomobil 3.6 litrlik altı silindrli mühərrikə malikdir. 450 at qüvvəsi sayəsində avtomobilin 100 km/saata sürətlənməsi 4.1 saniyə çəkir, maksimal sürət isə 300 km/saatdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib, bir

Ən son

GÜNDƏM

Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin