Nəşr edilmişdir 04/22/2025

Paylaşın

GÜNDƏM

Nərimanovda “Nəsillərarası dialoq-Yeni perspektivlər və çağırışlar” adlı tədbir keçirilib

Nəsillərarası dialoq, Nərimanov rayonu, Nərimanov Rayon İcra Hakimiyyəti

Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Nəsillərarası dialoq-Yeni perspektivlər və çağırışlar”  mövzusunda gənclərlə görüş keçirilib. 
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin Səslənməsi ilə başlanıb. Millət vəkillərinin, alimlərin və rayonun fəal gənclərinin qatıldığı tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin ölkəmizin tarixində nə qədər önəmli olduğunu diqqətə çatdırıb, həmçinin bildirilib ki, dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəmizə İlham Əliyev kimi şəxsiyyətin rəhbərlik etməsi xalqımız üçün tarixi şans və böyük xoşbəxtlikdir. Gənc nəsil bu həqiqətləri bilməli, təhlil etməli və düzgün nəticələrə gəlməlidir. 

Gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkən digər natiqlər Azərbaycan gəncliyinin bu gün dövlət başçısının ətrafında sıx birləşdiyini qeyd ediblər. Görüş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun bacısı Fidan Hümbətovanın, Respublikanın Xalq artisti Nürəddin Mehdixanlının və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Ən son

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar