Nəşr edilmişdir 03/17/2025

Paylaşın

MEMARLIQ

Məhəmməd məscidinin minarəsi 7 rus gəmisini necə məğlub etdi?

Məhəmməd məscidi, Sınıq Qala, Məscid, İçərişəhər

İçərişəhərdə yerləşən Məhəmməd məscidi daim diqqəti cəlb edir. Onun fərqli quruluşu və minarəsi olduqca maraqlı görünüşə malikdir.
Baki-baku.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, dosent Zaur Əliyevin həmin məscidlə bağlı araşdırma yazısını təqdim edir:
İçərişəhərdə diqqətimi çəkən bir qədim məscid var. El arasında Sınıq qala adı ilə tanınan Məhəmməd məscidi İçərişəhərdə Baba Kuhi məscidi aşkara çıxarılanadək üstündə dəqiq tikilmə tarixi olan ən qədim abidə hesab olunurdu. Daş kitabə də bunu təsdiq edir. Orada qazıntı işləri aparılarkən bir neçə mədəniyyət qatı aşkar edilib. Bu, Bakının qədim yaşayış məskəni olduğunun göstəricisidir. Qeyd edim ki, buranın tarixi ilə maraqlananda maraqlı bir faktı öyrəndim. XX əsrin da 60-cı illərində burada geniş miqyaslı qazıntılar aparılıb və orada antik dövrə aid sütun aşkarlanıb, bir də məscidin özülündə atəşpərəstlik dövrünə aid məbədin qalıqları aşkarlanıb. Ona görə də bu məscidin tarixi ən qədim dövrə çıxır. Çünki bu tikili islam dinindən qat qat öncələrə gedib çıxan bir məbədin üzərində tikilib. Lakin mənbələrdə qeyd edilir ki, bu məscidi XI əsrdə inşa edilib. Çünki Məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir:
“Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr Dörd yüz yetmiş birinci il”.
Əl üstad Əl Rəis ifadəsi o dövr üçün dövlət qulluğu nöqteyi nəzərindən baxsaq Məhəmməd bin Əbubəkirin vəzifəsini müəyyən edir. Əl üstad Əl Rəis indiki şəhər icra başmısı anlamına gəlir.
Bu məscid Səlcuqların Azərbaycanda hakimiyyətdə olduğu dövrdə inşa edilib. İnşa deyəndə atəşpərst məbəd üzərində yaradılıb. Bunun isə tarixi 1078-1079-cu illərdir.
Məscidin memarlığında Şirvan-Bakı ilə yanaşı qəribədir ki, alban memarlıq üslubunun elementlərindən də istifadə edilib. Məscidin kompozisiyası barədə internetdə kifayət qədər material var. Uzun-uzadı yazmağa ehtiyac yoxdur. Mənim diqqətimi çəkən minarə idi.
Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdilər.

Məhəmməd məscidi, Sınıq Qala, Məscid, İçərişəhər


Və Bakının ən qədim məscidlərindən biri olan Məhəmməd məscidinin Sınıq qala adı almasının səbəbi də məhz bu minarə olub.
Rusların Azərbaycanı işğal etməsi dövründə Bakı onlar üçün önəmli şəhər sayılırdı. Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi.
Bakının işğalı haqqında göstəriş M.A.Matyuşkinə 1722-ci il noyabrın 4-də Böyük Pyotr tərəfindən verilib. Orada deyilirdi ki, gələn ilin yayında şəhər rus ordusunun nəzarətinə keçməlidir. Qış və yaz aylarında hərbi əməliyyatlara fəal hazırlıq başladı.
1723-cü il iyulun 17-də general Matyuşkinin başçılıq etdiyi rus eskadronu Bakıya yaxınlaşdı. Bakı o vaxt 3-4 min nəfər əhalisi olan kiçik liman şəhəri idi. Ancaq bu, yalnız ilk baxışdan görünür.
Əslində bu, 40-a yaxın yaşayış məntəqəsinin yerləşdiyi Abşeron yarımadasının mərkəzi qalasıdır. Üstəlik, bütün region üçün böyük iqtisadi əhəmiyyət kəsb edirdi. Buna görə də şəhər çox ciddi şəkildə möhkəmləndirilmişdi.
Bakılılara təslim olması ilə bağlı uğursuz danışıqlardan sonra iyulun 21-də Matyuşkin şəhəri asanlıqla ələ keçirmək ümidi ilə hücum əmri verir. Lakin qəhrəman Bakılılar ruslara ağır müqavimət göstərirlər. Həmin gün rus ordusu tərəfindən axşama qədər Bakıya 94 mərmi atılır. Rus general ümid edirdi ki, şəhər təslim olacaq. Lakin döyüşkən Bakılılar ruslara ağır zərbələr endirməkdə davam edirdilər. Beş gün quruda davam edən döyüş rusları geri çəkilməyə məcbur edir. Məğlubiyyətin astanasında olan rus general ordunu geri çəkilib şəhəri top atəşinə tutmaqda davam etməyi əmr edib şəhərə dənizdən hücum etmək planın qurur. Ordu mayoru İ.Q.Gerberin rəhbərliyində rus əsgərləri iki dəfə sahilə yaxınlaşıb quruya düşüb döyüşə girsələr də Bakılılar onların üzərinə qəhrəmancasına gedərək çoxunu məhv edə bildilər. Ruslar gördülər ki, yerlilər ilə quruda döyüşdə məğlub olacaqlar hamısı gəmilərə geri qayıtdılar və yeddi gəmi şəhərə yaxınlaşaraq yarımdairə şəklində lövbər saldılar. Əmrə əsasən hekbotlardan ikisi şəhərə atəş açmalı, beşi isə şəhər divarlarını dağıtmalı idi. İlk olaraq mühasirədəkilər toplardan şəhərə yaxınlaşan rus gəmilərinə atəş açmağa başladılar. Lakin rus gəmiləri mövqe tutub toplardan bakılılara cavab atəşi açanda Bakının müdafiəçiləri bir saat belə davam gətirə bilməyərək toplarını qoyub qalaya doğru geri çəkildilər.

Məhəmməd məscidi, Sınıq Qala, Məscid, İçərişəhər


İki tərəfdən top atəşinə qarşı mübarizə aparmaq çətin olduğu üçün şəhər ağsaqqalları ağ bayraq qaldırıb təslim olmaq istəyəndə möcüzə baş verir sanki. Rusların atdığı toplardan biri Məhəmməd məscidinin minarəsinə dəyir onun zərbədən qopan hissəsi küləyin təsiri ilə gedib 7 gəminin düz ortasına düşür və rus gəmiləri arasında bağlanan zəncirlər onları dənizin dibinə dartır. Ruslar qorxuya düşüb dərhal zəncirləri bir birindən ayırıb dəniz hücumundan vaz keçib geri çəkilirlər. Minarənin qopan hissəsi və məhz küləyin onun ora qədər gətirməsini İlahinin cəzası hesab edib dərhal oradan uzaqlaşırlar.
Hətta rus mayoru I Pyotra bu hadisə barədə məktub yazır ki, bəs Bakını Tanrı qoruyur. Məktubun orjinalının linkini paylaşıram
https://litvek.com/br/155630?p=29
Qeyd edim ki, top zərbələrindən Mərdəkanda qədim qalada zədə görüb..
Lakin general Matyuşkinin inadı sonda nəticə verdi. İyulun 26-da davam edən atışma zamanı qala divarı praktiki olaraq dağıdıldı. Şəhər hökuməti şəhərin təslim edilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəldi. İyulun 28-də qarnizonun rəisi Dərgah Qulubəy təslim olduğunu elan etdi və qapıları açdı. Qoşunlar bütün küçələri, qüllələrdəki postları, silah və toz anbarlarını zəbt etdilər.
Bu hadisədən sonra Məhəmməd məscidi Sınıq qala adını aldı. Bakılılar məscidin minarəsinin “möcüzəsinə” inandıqları üçün XIX əsrin sonlarına qədər imkan vermədilər ki, orda bərpa işi həyata keçirilsin. Baş verən hadisə dildən dilə, nəsildən nəsilə keçirdi və hər kəs Məscidin “möcüzəsi və Bakının qoruyucu” inamına bağlı idilər.
XX əsrin əvvəllərinə kimi Sınıq qala bir mərtəbəli məscid olmuşdur və onun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra, abidənin alt qatı üzə çıxdı. Minarə ilə məscid binasının ilkin forması bərpa edildi.
Bu günün özündə də Minarayə baxanda bərpa edilməsinə baxmayaraq, topun zərbəsindən dağılmış hissəsini sezmək olur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”