Nəşr edilmişdir 06/04/2025

Paylaşın

GÜNDƏM

Mədəniyyətin yeni nəfəsi – Opera Günləri başlanır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 6–25 iyun tarixlərində ölkəmizdə ilk dəfə “Opera Günləri” adlı genişmiqyaslı layihə təqdim edəcək.

Baki-baku.az teatrın yaydığı məlumata istinadən xəbər verir ki, “Mədəniyyətin yeni nəfəsi” devizi ilə təşkil olunan Opera Günlərinin milli klassik operaların səhnə təqdimatları, vokal konsertləri, ustad dərsi, görkəmli opera sənətçilərinə həsr olunmuş xatirə axşamları daxil olmaqla zəngin proqramı var.

Layihə çərçivəsində ölkəmizdə ilk dəfə Beynəlxalq Opera Forumu da keçiriləcək.

Xatırladaq ki, Akademik Opera və Balet Teatrının binası təmirdədir və teatrın repertuar tamaşaları fərqli məkanlarda nümayiş olunur.

Opera Günlərinin proqramı paytaxtın müxtəlif konsert salonlarında, eləcə də muzeylərdə və tarixi-mədəni məkanlarda təqdim ediləcək. Həmçinin Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında teatrın vokalçı solistlərinin iştirakı ilə konsert olacaq.

Opera Günləri iyunun 6-da Bakıdakı Heydər Əliyev Sarayının səhnəsində Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının nümayişi ilə başlayacaq.

Ertəsi gün Beynəlxalq Muğam Mərkəzində dünyaca məşhur vokalçı, Xalq artisti Yusif Eyvazovun ustad dərsi olacaq.

İyunun 8-də Azərbaycan Milli Xalça Muzeyində M.Maqomayevin “Şah İsmayıl” operasından parçalar səslənəcək. Təqdimat müəllifin 140 illiyinə həsr olunub.

İyunun 11-də isə Milli Xalça Muzeyində Beynəlxalq Opera Forumu keçiriləcək.

Milli opera sənətimizin görkəmli simaları – Xalq artistləri Ağababa Bünyadzadə və Fatma Muxtarovanın xatirəsi iyunun 10-da Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdim olunacaq konsertlə yad ediləcək.

Ümumilikdə 13 tədbir-təqdimatın daxil olduğu Opera Günlərinin bağlanış mərasiminin iyunun 25-də açıq havada, Dənizkənarı Milli Parkda keçirilməsi nəzərdə tutulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilib,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilib,