Nəşr edilmişdir 02/14/2025

Paylaşın

GÜNDƏM

Müxtəlif dillərdə sevgi anlamı

Sevgi

Sevgi həyatın ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə sevginin müxtəlif ifadə tərzləri, sevgi sözləri var. Gəlin, müxtəlif ölkələrdə sevginin necə anlaşıldığını araşdıraq.
Brazilyada sevgi budur – barmaqlarını saçın arasında gəzdirmək. Bu anlayış “cafune” sözünün tərcüməsindən gəlir. Bu ölkənin insanları sevgilərini bədən dili və jestlərlə ifadə etməyi sevirlər. Birinin saçlarını sığallamaq o insanla dərin bağda olduğunu bildirməkdir.
Yaponiyada sevgi budur – ilk görüşdən taleyinizin bir olduğunu hiss etmək. Anlayış “koi no yokan” sözünün tərcüməsindən yaranmışdır. Yaponiyada sevgi daha sakit, dərin və mənalı şəkildə ifadə olunur.
Koreyada sevgi budur – ruhların harmoniyası, xüsusi qarşılıqlı yaxınlıq.
Koreyalılar sevginin yalnız fiziki yaxınlıq və emosional bağlılıqdan ibarət olmadığına, həm də ruhların və enerjilərin uyğun olduğuna inanırlar. Sevgi anlayışı burada həm harmoniya, həm də qarşılıqlı dəstək üzərində qurulub.
Norveçdə sevgi budur – aşiq olandan bəri eyforiyada olmaq, “qarnında kəpənəklərin uçması”. Bu anlam Norveç dilində “forelsket” deməkdir. Bu ölkədə sevgi daha çox azadlıq, təbiət və saf hisslərlə əlaqəlidir. Onlar üçün sevgi, ruhun azad olması və insana xoşbəxtlik bəxş edən bir enerji kimi dəyərləndirilir.
Azərbaycanda isə sevgi budur –
“Sən gələndə çiçəklər açardı,
Sən gələndə dağlar da gül açardı,
Sən gələndə kədər məndən qaçardı”
Bu misralar sevginin ən gözəl təcəssümüdür. Azərbaycanda sevgi hər zaman poetik olub. Azərbaycan poeziyasında sevgi dünyaya, təbiətə, həyata olan dərin bağlılığı ifadə edir.
Sevgi hər yerdə eyni hissdir, lakin onun ifadə formaları ölkələrə və mədəniyyətlərə görə dəyişir.
Bəs, sizə görə sevgi necə hissdir?

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

Ən son

GÜNDƏM

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif

GÜNDƏM

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif