Nəşr edilmişdir 11/29/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Mövsümün ən sevilən meyvəsi xurma – faydalı və ziyanlı tərəfləri

Xurma bir sıra faydalı xüsusiyyətlərə malikdir, müxtəlif vitaminlər, mikroelementlər və antioksidantlar tərkiblidir.
Baki-baku.az bu barədə UfaTime.ru-ya istinadən xəbər verir.
Ufa Respublika İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin (Başqırdıstan, Rusiya) mütəxəssisləri bildiriblər ki, xurma böyük miqdarda yod tərkiblidir, buna görə də yod qəbulunun məhdudlaşdırılması tələb olunan xəstəlikləri olan insanlara – məsələn, qreyvs xəstəliyi (qalxanabənzər vəzinin xəstəliyi) olanlara onu qida rasionundan çıxarmağı məsləhət görüblər. Bundan əlavə, xurma şirin məhsuldur və pis kompensasiya olunmuş şəkərli diabeti olan insanlar ondan imtina etməlidirlər. Həkimlər diabeti olan insanlara xurma istifadəsindən əvvəl şəkər səviyyəsini sabitləşdirməyi və onu qida rasionuna insulin dozasının hesablanması nəzərə alınmaqla tədricən daxil etməyi məsləhət görüblər.
Həmçinin mütəxəssislər xurmanın faydalı xüsusiyyətlərindən danışıblar. Onların sözlərinə görə, xurma ürək xəstəliklərinin inkişaf riskini azaldır, yod çatışmazlığını aradan qaldırmağa kömək edir, qanda xolesterol səviyyəsini azaldır və bununla da aterosklerozun inkişafını ləngidir. Bundan əlavə, həkimlər qeyd ediblər ki, bu məhsul antioksidant və hərarətsalıcı xüsusiyyətlərə malikdir, ishal zamanı kömək edir, qıcıqlanma və narahatlığı azaldır.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycanda səfərdə olmuş argentinalı dünya futbol ulduzu Lionel Messi bununla bağlı “Instagram” hesabında paylaşım edib. Baki-baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun

DİGƏR XƏBƏRLƏR

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.Baki-baku.az Bakı

DİGƏR XƏBƏRLƏR

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə