Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

Mövsümü viruslardan necə qorunmaq olar?

Mövsümi viruslardan qorunmaq üçün bir sıra tədbirləri nəzərə almaq lazımdır. Xüsusilə ictimai yerlərdən qayıtdıqdan sonra əllərin sabun və su ilə yuyulması, həmçinin spirt tərkibli təmizləyici vasitələrdən istifadə edilməsi faydalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı deyib.

Həkim-terapevtin dediyinə görə, vitaminlər və minerallarla zəngin qidalar, xüsusilə C vitamini (meyvələr, tərəvəzlər) və D vitamini (balıq, yumurta) ilə zəngin məhsullarla balanslı qidalanmaq, gündəlik 7-8 saat yuxu almaq bədənin immun sistemini gücləndirməyə kömək edir: “Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir. Stresin azaldılması immun sisteminizin düzgün işləməsinə kömək edir. Meditasiya, yoqa və ya bu kimi sevdiyiniz fəaliyyətlə məşğul olmaqda fayda var”.

O bildirib ki, mövsümü viruslardan qorunmağın ən doğru yollarından biri də qripə qarşı peyvənd olunmaqdır: “Əhalinin sağlamlığının qorunması və qarşıdan gələn payız-qış mövsümündə gözlənilən kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Bununla bağlı vətəndaşlar yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. İctimai yerlərdə hava dövranını təmin etmək virusların yayılma riskini azaldır. Xəstəliyə yoluxanlarla yaxın təmasdan və onların yanında olmaqdan çəkinmək tövsiyə edilir”.

Hərkim-terapevt onu da qeyd edib ki, bu kimi tədbirlər mövsümi viruslardan qorunmağı asanlaşdırır.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Bakının Səbail rayonunda Rixard Zorge küçəsinin akademik Zərifə Əliyeva küçəsi ilə kəsişməsində yeni bir park

XƏBƏRLƏR

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında bu gün böyük gimnastların mübarizəsinə start

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda