Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/08/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mövlana Malik İbrahim – İndoneziyada İslamın təməlini qoyan azərbaycanlı alim

WhatsApp Image 2026-04-08 at 09.23.36

Hüsnan bəy Fanani: Peyğəmbər Əleyisəlləmın Əhli-beytindən olan Şeyx Mövlana Malik İbrahimin anası azərbaycanlı idi

İslam bir dəyər, dəyərlərin əyarı, eyni zamanda Tanrının Yer üzünə göndərdiyi sonuncu inanc yeridir. İslamafobiya duyğuları ilə dünyanın düzənini, mizanını pozan qüvvələr   “İslam fütuhatı” ifadəsini yanlış olaraq müharibə, torpaqların işğalı, xalqları zorla dinini dəyişməyə məcbur etmə, talancılıq və qəsbkarlığa dini don geydirmə mənasında başa düşür və ya təqdim edir.

İslam dünyasında sayca ən çox müsəlmanın yaşadığı ölkə sayılan İndoneziyanın heç bir basqı və işğal olmadan İslam dinini qəbul etməsi, bu yanlış düşüncələrin əsası olmadığını sübut edən amillərdəndir. İslamın sufi cərəyanına mənsub olan İndoneziya müsəlmanları bu mənada doğru olaraq “fətih” kəlməsini məhz könüllərin fəthi və elmi-irfanın nəticəsi kimi qəbul edirlər.

İslam dininin İndoneziyada yayılmasının tarixi Birinci Vəli Songonun adı ilə bağlıdır. O, İndoneziya dilində “9 müdrikdən birincisi” adlandırılan Mövlana Malik İbrahimdir. Geniş yayılmış fərziyyəyə görə, o, İndoneziya adasına 1392-ci ildə Səmərqənddən gəlmişdi. Bunu sübut edən əsas qaynaqlar XIX əsrdə yaşamış Rang Qavarsistanın və 1884–1962-ci illərdə yaşamış Müftü Çoxorun əsərləridir.

Təhsilini Səmərqənddə alması və İndoneziyaya da Səmərqənddən getməsi səbəbindən onun ləqəblərindən biri “Əl-Səmərqəndi” olmuşdur. Mənbələrdən o da məlumdur ki, Mövlana Malik İbrahim Səmərqəndə Əmir Teymurun istəyi ilə Xəzər dənizinin sahilindən, daha dəqiq desək Azərbaycandan gəlmişdir. Səmərqənddən  İndoneziyaya gedən Mövlana Malik İbrahim burada İslamı yaymaqla onun təməl daşına çevrilmişdir.

Nəiminin Əhli-beytə bağlı müridi

Şeyx Mövlana Malik İbrahim Peyğəmbər Əleyisəlləmın Əhli-beytinə aid olub, IV imam Əli Zeynalabdinin nəslindəndir. Anası azərbaycanlıdır. Onun Azərbaycandan olduğunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani də 2019-cu ildə verdiyi müsahibəsində təsdiq etmişdir.

İslam tarixi ilə bağlı ciddi tədqiqatçıların verdiyi məlumatlara əsasən, Mövlana Malik İbrahim böyük hürufi şeyxi Fəzlullah Nəiminin tələbəsi olmuş və ondan İslamın batini sirlərini öyrənmişdir.

İndoneziyada İslamın yayılması tarixində Vəli-Songolar xüsusi yer tutur. Əldə olunan məlumatlara görə, o, XV-XVI əsrlərdə yaşamış 9 müdrikin başçısı kimi şöhrət qazanmışdır. Onun rəhbərlik etdiyi müdriklər səltənətinin üzvlərinin qəbirləri bu gün təkcə Cav adasından yox, həmçinin Asiyanın müsəlman bölgələrindən çoxsaylı insanın ziyarət etdiyi ehtirama layiq məkanlar hesab olunur. İslamın erkən dövr yayıcıları olmuş Vəli-Songolar bu ölkədə müqəddəs və möhtərəm insanlardır. Əsirlər boyu onların həyatı və fədakarlıqları haqqında danışılıb. Onlar barədə yayılmış məlumatların bir çoxu Cava torpağının tarixi adlanan əl-yazmalardan götürülüb. Və bu 9 müdrik övliyadan birincisi məhz Mövlana Malik İbrahim olmuşdur.

Mövlana Malik İbrahim daha çox əhalinin aşağı təbəqələrindən olan kastalar tərəfindən dəstək görmüş, sadə xalqla ünsiyyət quraraq onlara yerli məhsul yığımını artırmaq və müxtəlif xəstəliklərdən qorunmaq yollarını öyrətmişdir. Daha sonra hakim sinif və zadəganlar onunla yaxınlaşmış və onun sayəsində Tanrıya yaxınlaşmışlar.

İslam Məktəbi – Mədrəsəsini qurmaqla dinin təməl prinsiplərini yaymışdır

Devi Candravulan adlı İndoneziyalı kralın qızı ilə evləndikdən sonra Malik İbrahimin iki oğlu dünyaya gəlib. Öz işini Vietnam torpaqlarında həyata keçirən Malik İbrahim daha sonra Trovulana gedərək Mahacapit Padşahı ilə görüşmüş, ondan dəstək alaraq orada İslam Məktəbi – Mədrəsə qurmuşdur.

Onun haqqında İndoneziya xalqının dilində dolaşan rəvayətlərdən birində göstərilir ki, o, bir dəfə səyahət zamanı, bir bölgədə quraqlıq səbəbindən bir qrup kişinin bir qadını tanrılara qurban etməyə hazırlaşdığını görür. Malik İbrahimin onlarla söhbətindən sonra onlar həmin qadını buraxır.

Malik İbrahim özü isə xeyli sayda insanın gözü önündə yağış yağması üçün Tanrıya dua edir. Onun duasının qəbul olunması və yağışın yağması insanların kütləvi şəkildə İslam inancını qəbul etmələrinə vasitə olur.

İslam Elmləri Universitetinin qurucusu

İslamın bu ölkədə yayılması ilə bağlı Malik İbrahimin fəaliyyəti 1419-cu ildə onun ölümündən sonra övladları tərəfindən davam etdirilib. Mövlana Malik İbrahim şərqi Cavada, Gresik bölgəsinin Qapura kəndində dəfn edilib. Onun və onunla yanaşı dəfn edilmiş digər övliyaların qəbirləri bu gün də bütün İndoneziya xalqının daim ziyarət etdiyi məkanlar hesab olunur.

Mövlana Malik İbrahimin İndoneziya tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir sima olmasını ölkədə onun adını daşıyan İslam Elmləri Universitetinin mövcudluğu da sübut edir. Təməlləri Mövlana Malik İbrahim tərəfindən qoyulmuş İndoneziya İslamı bu gün də digər müsəlman ölkələrindən öz mükəmməlliyi, elmi əsası, sosial rifaha yönələn istiqaməti ilə seçilir.

İndoneziya müsəlmanları bu gün Myanmardakı müsəlman rohincaların kütləvi qətliamına, eləcə də Çində müsəlman uyğurların hüquqlarının pozulmasına cəsarətlə və kütləvi şəkildə etiraz aksiyaları keçirirlər. Uyğurların təməl haqlarının qorunması yolunda beynəlxalq müstəvidə addımlar atırlar.

İslam inancına, dəyərlərinə əksər müsəlman ölkələrindən daha gec, bir Azərbaycan türkünün sufi Mövlana Malik İbrahimin vasitəsilə qədəm qoyan İndoneziya müsəlmanları istər elm sahəsində tərəqqisinə görə, istərsə də zülmə qarşı haqq səsini ucaltmaqda bu gün bir çox müsəlman ölkələri üçün örnək ola biləcək səviyyəyə çatmışdır.  

Qarabağın, Şərqi Zəngəzurun işğalı zamanı da Azərbaycanın haqq səsinə dönən, müdafiəçi qismində çıxış edən İndoneziya bu gün bütün səviyyələrdə Azərbaycan Respublikası ilə dostluq, əməkdaşlıq münasibətlərini qorumaqdadır. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyinin (АРТ) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə

Ən son

İdman

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

İdman

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin