Nəşr edilmişdir 03/04/2025

Paylaşın

GÜNDƏM

Moskvada ümummilli lider Heydər Əliyevin abidəsi qoyulacaq

IMG-20250304-WA0269

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.

Baki-baku.az “Report”a istinadən bildirir ki, xatirə lövhəsinin qoyulması mərasimində Moskva meri Sergey Sobyanin, baş nazirin müavini Vitali Savelyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Baykal-Amur magistralının tikintisində iştirak edən əmək veteranları iştirak ediblər.

Abidə bu gün rəsmi mərasimin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək.

Xatirə lövhəsində yazılıb:

“Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq”.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.

Abidənin qoyulması təşəbbüsünü Heydər Əliyevin rəhbərliyi altında işləmiş Baykal-Amur magistralının (BAM) tikintisində iştirak etmiş əmək veteranları irəli sürüblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”