Nəşr edilmişdir 10/24/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Moskvada Görüş Yeri Bakı mərkəzi açılıb

Moskva

Moskvanın Şimal İnzibati Dairəsinin Aeroport rayonunda, keçmiş Bakı kinoteatrının binasında Görüş Yeri Bakı regional mərkəzi açılıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının Şəhərsalma siyasəti departamentinin mətbuat xidməti məlumat yayıb.

Moskva Hökumətinin naziri, Moskva şəhərsalma siyasəti departamentinin rəhbəri Vladislav Ovçinskinin qeyd edib ki, burada sakinlər üçün müxtəlif mühazirələr oxunacaq, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslər keçiriləcək.

“Yenilənmiş binanın sahəsi 13 min kvadratmetrdən çoxdur. Mərkəz dördmərtəbəlidir. Noyabrda burada moskvalılar üçün çoxfunksiyalı və mədəni-istirahət mərkəzinin açılması planlaşdırılır, burada onlar müxtəlif mühazirələr, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslərdə iştirak edə biləcəklər”, – deyə V.Ovçinski bildirib.

Xatırladaq ki, Bakı kinoteatrı 1974-cü ildə tikilib. Binanın dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub.

Moskva

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində fevralın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura