Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/11/2026

Paylaşın

TARİX

Möcüzələr diyarı Misir və itirilmiş imperiya

WhatsApp Image 2026-06-11 at 08.25.58 (3)

Üçüncü yazı

İsgəndəriyyə şəhəri ölkənin yeni baş şəhəri olmuş, İsgəndəriyyə mayakı inşa edilmişdir

İki əsr davam edən Fars hökmranlığından sonra, eramızdan əvvəl V əsrin əvvəllərində misirlilər işğalçıları ölkədən çıxarmışlar, eramızdan əvvəl 343-cü ildə onlar yenidən İran şahı III Artakserksə məğlub olsa da, bu dəfə Fars İmperiyasının dövrü uzun sürməmişdir. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndərin qoşunu Misirə daxil olaraq Fars İmperiyasının hakimiyyətinə son qoymuşdur. O, Aralıq dənizinin sahillərində İsgəndəriyyə şəhərinin inşasına başlamışdır.

Dünya fatehinin ölümündən az sonra Misir onun sərkərdələrindən biri Ptolemeus və onun varisləri tərəfindən idarə olunmağa başlamışdır. Ptolemeus sülaləsinin nümayəndələri müdrik və uzaqgörən siyasət aparmışlar. Onlar qədim məbədləri bərpa etmişlər. Əldə olunan məlumatlardan o da bəlli olur ki, Ptolemeusların dövründə misirlilər yazıları papirus üzərində deyil, perqamentdə yazırdılar. 

Bu dövrdə həmçinin İsgəndəriyyə şəhəri ölkənin yeni baş şəhəri olmuşdur. O zaman həm də dənizdə məşhur İsgəndəriyyə mayakı inşa edilmişdir. Bu mayak o qədər nəhəng tikili olmuşdur ki, onu yunanlar o dövrün möcüzələrindən biri hesab edirdirlər. Ümumiyyətlə İsgəndəriyyə o zaman dünyanın ən inkişaf etmiş mədəni və ticarət mərkəzlərindən biri olmuşdur. Burada məşhur kitabxana inşa edilmişdir. O qədim dünyanın ən böyük kitabxanası olmuşdur. Ptolemeuslar alimlərə, incəsənət xadimlərinə, yazarlara, rəssamlara himayədarlıq etmişlər.  Məhz İsgəndəriyyədə “Əhdi-Ətiq” ilk dəfə yunan dilinə tərcümə edilmişdir. Lakin sonra bu intibah dövrü başa çatmışdır və ölkədə böhran başlamışdır. Saray çevrilişləri, fitnəkarlıq Misirdə adi hal almış, Selevkoslarla qanlı savaşların sonu görünmüşdür. Hakimiyyətə gəlməyə can atan IV Ptolemeus buna nail olmaq üçün anasını, bacısını və qardaşını qətlə yetirməkdən belə çəkinməmişdir. 

Eramızdan əvvəl I əsrdə hakimiyyətə 10 yaşlı XIII Ptolemeus Filopator gətirilmişdir. Onun bacısı və eyni zamanda  həyat yoldaşı 17 yaşlı VII Kleopatra Filopatoru hakimiyyətdən uzaqlaşdırmışdır. Lakin sonra saray xadimləri  Filopatoru  yenidən çar elan etmişlər. Kleopatra Suriyaya qaçmış və orada qoşun yığaraq, qardaşına qarşı yürüşə başlamışdır. Sonra o kömək üçün romalı sərkərdə və siyasi xadim Qneus Pompeusa müraciət etmişdir. Lakin Romada gedən daxili qarşıdurma zamanı Pompeus Qaius İulius Qeysərə məğlub olmuş və İsgəndəriyyəyə qaçmışdır. Eramızdan əvvəl 47-ci ildə misirlilər onu qətlə yetirmişlər. Bu hadisələr zamanı şəhərdə ağır döyüşlər baş vermiş və məşhur İsgəndəriyyə kitabxanası yandırılmışdır. 

Bundan sonra Qeysərin qoşunu ilə Misirə gəlmiş və Kleopatraya dəstək verərək, onu hakimiyyətə gətirmiş, sonra onunla evlənmişdir. 13 yaşlı XIII Ptolemeus Filopator o hadisələr zamanı həlak olmuşdur. Eramızdan əvvəl 44-cü ildə Qeysər Romada süi-qəsd nəticəsində öldürülmüşdür və Kleopatra İsgəndəriyyəyə qayıtmaq məcburiyyətində qalmışdır. Sonra Romada davam edən vətəndaş qarşıdurmaları zamanı imperiyanın Şərq vilayətlərini Markus Antonius ələ keçirmiş və rəqibi Oktavianus Avqustusla mübarizə aparmışdır. O İsgəndəriyyəyə gəlmiş və Kleopatra ilə eşq-məhəbbət macərası yaşamışdır. Bu sevgi dastanı  Kleopatraya baha başa gəlmiş 31-ci ildə Antonius və Kleopatranın donanması Oktavianusa məğlub olmuşdur. Bundan sonra Antonius və Kleopatra intihar etmişlər. Qalib gələn Oktavianus isə Qeysəri və Kleopatranın oğlunu edam etmişdir. Beləliklə qədim Misirin sonuncu 33-cü sülaləsi tarix səhnəsindən silinmiş, Misirin müstəqilliyinə son qoyulmuş, ölkə Roma İmperiyasının vilayətinə çevrilmişdir.

Tanrının köç əylədiyi, niqabını qaldırıb yüz iyirmi dörd min peyğəmbəri xəlq etdiyi Şərqin yaxasında bir diyar var – Misir

Hər başlanğıcın bir sonu, hər sonun bir başlanğıcı var. Misir, Misir ehramları, İsgəndəriyyə mayakı, İsgəndəriyyə kitabxanası, zəngin mədəniyyəti, qüdrətli tarixi, əzəmətli şəxsiyyətləri, dünyanın bu gün də qorxulu röyası olan Fironları ilə məşhurdur. Misir həm də Fatimilərin, Eyyubilərin, Fars İmperiyasının, Makidoniyalı İskəndərin, Osmanlı sultanlarının fətih dastanıdır. Onu anlamaq, qumsal çöllərdəki gözəllikləri dərk etmək üçün mütləq oralarda olmaq gərəkdir. Nilin sahillərində, Mesopotamiyanın ənginliklərində, ilk yazı mədəniyyətinin, papirusların, perqamentlərin, heroqliflərin diyarında – Misirdə Şərqin əzəmətini anlamaq daha asan olur. 

İsgəndəriyyə mayakından Misir ehramlarına, İsgəndəriyyə kitabxanasının hücrələrindən Yer üzünə boylanmayanlar, ilk sevgi məktublarını, qəlb çırpıntılarını papiruslara büküb sevdiklərinə göndərməyənlər demək istədiklərimi çətin anlayar. Orada, dünyanın o başında, Tanrının köç əylədiyi, niqabını qaldırıb yüz iyirmi dörd min peyğəmbəri xəlq etdiyi Şərqin yaxasında bir diyar var – Misir. Adı da, özü də möcüzələrə, möcüzələrin sahibinə və yaradıcısına bağlıdır. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbət zirvəsində möhtəşəm abbatlıq ucalan kiçik qayalıq ada – Mon-Sen-Mişeldən gedir.

Ən son

TARİX

Bu gün bir çoxları üçün Bakı ilk növbədə müasir paytaxt, alov qüllələri və Xəzər sahili

TARİX

Bu gün bir çoxları üçün Bakı ilk növbədə müasir paytaxt, alov qüllələri və Xəzər sahili
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin