Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/02/2025

Paylaşın

TARİX

Misir – “Kitab-i Bəhriyyənin” kitabının bağlandığı yer 

Piri Rəisin edamı – Sultan Suleymanın üç günahından biri

Dünyanın Xerosimo və Noqasakisi, bizim Çanaqqalamız, Xocalımız var. Bizim bir də, öz əlimizlə edam kürsüsünə qaldırdığımız, qollarını budayıb dərisini soyduqlarımız – Babəkimiz, Mənsur Həllacımız, Nəimimiz, Nəsimimiz, Piri Rəisimiz var. Onların hər biri fatehlər, ilklərə imza atan dahilər idi. Yüzillərdir dünya dənizçilərinin istifadə etdiyi xəritəni çəkən, onun ensiklopediyasını hazırlayan coğrafiyanın atası Putolomey kimi bir ilkə imza atan, 83 yaşında edam edilən Piri Rəis Osmanlı İmperiyasında “Dəniz Allahı” deyə nüfuza sahib olsa da, son gedişi ilə dünyanı  heyrətləndirmişdi. Piri Rəis Çanaqqalada – Geliboluda 1470-ci ildə doğulmuşdu. Atası ona Əhməd Muiddin adını vermişdi. Dənizin, suların Allahı kimi məşhurlaşan Əhməd Muiddin bir də gözünü onda açmışdı ki, adı “ustadlar ustadı” olaraq Piri Rəis deyə ehtiram ünvanına, əzəmət bəlgəsinə çevrilib. 

Barbaros Paşanın diqqətini çəkən Rəis

 Piri Rəis dənizçiliyə Osmanlıda nüfuz sahibi olan əmisi Kamal Rəislə başlamışdı. Onunla birlikdə İspaniyada soyqırımına, qətliama məruz qalan müsəlmanları Osmanlıya keçirmiş, quldurların cəzalandırılmasında iştirak etmişdi. Bu savaşda şöhrətlənən Əhməd Muiddin Osmanlının dəniz fatehlərindən biri Barbaros Hayəddin Paşadan dəvət almış dənizə açılan gəmilərlə düşmən üzərinə yerimişdi.  1513-cü ildə isə dünyanı heyrətləndirən qeyd etdiyimiz məşhur dəniz xəritəsini çəkən Piri Rəis elə bir ilkə imza atmışdı ki, bu gün də əvəzi, müqayisəsi yoxdur. Piri Rəisin dünya dənizlərinin xəritəsində Amerikanın şərq hissəsi, Antarktida sahilləri və Karayip adalarının  yaxın hissələr öz əksini tapmışdı. Varmadığı liman qoymayan, ayaq basmadığı sınır tanımayan Piri Rəis əldə etdiyi bilgiləri, müşahidələri, qeydləri ilə bu gün də dənizçilərin rəhbəri, yol göstərəni olaraq qalır. Əldə etdiyi bilgilərin, fakt və məlumatları cəm edildiyi “Kitab-i Bəhriyyənin müəllifi kimi şöhrət tapan, kitabını Sədri-azam  Parqalı İbrahim Paşaya göstərən Piri Rəis Paşadan kitabının genişləndirilməsi təklifini alır. “Kitab-i Bəhriyyə”də lazım olan dəyişikliklər və əlavələr edildikdən sonra dünya fatehi Sultan Süleymana – Qanuni Süleymana hədiyyə edilir. 

Osmanlının Hind okeanı Əmri – Admiral ünvanı alır

1551-ci ildə dənizçilikdə dünya xalqlarından öndə olan portuqaliyalılara üstün gəlmək məqsədi ilə Sultan Süleyman tərəfindən Osmanlının Hind okeanı əmri-admiralı olaraq irəli çəkilən Piri Rəis burada portuqaliyalıları onların işğalı altında olan Aden körfəzindən uzaqlaşdırır. Bölgədəki Maskat körfəzini fəth edir. Daha sonra Hörmüz qalasına sığınan portuqaliyalılar dört bir tərəfdən mühasirəyə alır. Bəzi Osmanlı paşalarının “onlardan təzminat adı altında gizlin rüşvət aldı” adı ilə şərlənən, “rüşvət aldı deyə qalaya girmədi” damğası ilə yarğılanan Piri Rəis  əslində portuqaliyalılara yardım edən müsəlmanların bulunduğu əraziləri yamğalatmış, onları cəzalandırmışdı. Bu ərəfədə özünə gələn düşmən qüvvələr təkrarən əllərindən çıxan Bəsrə körfəzinə doğru irəliləmişdilər. 

Edamın iki ünvanı – Bəsrənin əldən çıxması, Süveyşə dönüş

Buna baxmayaraq, səfərdən yenicə dönən dəniz fatehi hücuma hazırlaşmışdı. Yeni hücum taktikasını cızmış, döyüşdən təzə çıxan Donanmanın təmir və bərpası üçün əsgərlərinə gözləmə əmri vermiş, Süveyş kanalına geri dönmüşdü. Bu uğursuzluqları və yağmalanmaları Misir valisi İstanbula – Saraya başqa biçimdə təqdim edir.  Misir valisi tərəfindən dindirilərkən “Donanmanın Hind okeanına açılmasını hava şəraiti ilə yasaq etdiyimdən portuqaliyalılara qarşı çıxmadım”, deməsinə, israrla haqqını müdafiə etməsinə baxmayaraq, Piri Rəis zindana salınır. Sultan Süleymanın əmri ilə edam edilir.  83 yaşına qədər qazandığı mal-mülkü müsadirə edilərək xəzinəyə qatılır. 

Çanaqqala tarixdi – Zəfərin, Qələbənin, Milli Qurtuluşun tarixi

Sultan Süleyman dünya fatehi idi. Adı çəkilənddə yer yerindən oynasa da, deyirlər aldığı üç qərar ömrünün sonunda onu ondan alıb, dərdə, gözyaşına mübtəla edib. Şəhzadə Mustafanın, sədri-azam Parqalı İbrahimin, bir də Piri Rəisin edamı onu incidib. 

Çanaqqala tarixdi – Zəfərin, Qələbənin, Milli Qurtuluşun tarixi. Bu müqəddəs torpaqda iki abidə ucalır: Çanaqqala zəfərinin memarlarının şərəfinə ucaldılan Zəfər Tağı, bir də “Kitab-i Bəhriyyəsi” ilə min illər bundan sonra da diri, dipdiri qalacaq Piri Rəisin abidəsi.  Bu səbəbdən də Çanaqqalaya pirlərin, övliyaların, Şəhidlərin diyarı kimi hər gün ziyarətə gəlirlər.  İki qüdrətli sərkərdə-xaqanı da yad edirlər. Çanaqqala zəfərinin memarı Qazi Mustafa Kamal Paşa Atatürkün, Piri Rəisə qiyandan sonra göz yaşına qərq olan dünya fatehi Sultan Süleymanı, bir də bu zəfərdə tarix yazan yüz Azərbaycan türkünü yad edirlər. 

Şərəf Cəllili

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, beş il əvvəl, 1 dekabr 2020-ci ildə Laçın Azərbaycan dövlətinə qaytarılaraq tarixi ədalət bərpa

Ən son

GÜNDƏM

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

GÜNDƏM

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin