Nəşr edilmişdir 12/30/2024

Paylaşın

İQTİSADİYYAT

Minatəmizləmə Agentliyinə büdcədən ayırmalar 1 %-dən çox artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən Minatəmizləmə Agentliyinə (ANAMA) 85 milyon manat vəsait ayrılacaq.
Baki-baku.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 1,2 % çoxdur.
Xatırladaq ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır.

Ən son

GÜNDƏM

Kükü şəhər ritminə təbii şəkildə uyğunlaşan yeməklərdən biri olaraq qalır.

GÜNDƏM

Kükü şəhər ritminə təbii şəkildə uyğunlaşan yeməklərdən biri olaraq qalır.