Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/17/2025

Paylaşın

HƏR ŞEYDƏN

Min il öncə Xərçəngi əməliyyat edən alim

Əhməd İbn Abbasdan Utkan Dəmirçiyə

Adı çəkiləndə insanın ruhunu bədənindən qoparan, yaratdığı həyəcanla ümidsizlik adında soyuq bir dünya yaradan xərçəng xəstəliyi min il bundan ömcə də mövcud olub. Bu müthiş xəstəliyin ilk onkoloq cərrahıda Şərqdən çıxıb. X yaz ildə yaşayan məşhur təbib, cərrah Əhməd İbn Abbas öz üsulu ilə tarixdə ilk dəfə xərçəng əməliyyatı edərək uğurlu nəticə əldə edib.
Onun ilk tarixi əməliyyatından min il sonra XX yüz ildə bu istiqamətdə sistemli nailiyyətlərə imza atan ən məşhur cərrahlarının sırasında da türk və müsəlman təbiblər ön sırada olub. Bu sahə ilə bağlı ən ciddi klinikalar dünyanın imkişaf etmiş ölkələrində Amerika və Almaniyada qurulsa da, bu sahədə də, uğurlu nəticələr Türkiyə Cumhuriyyətində əldə edilib.
Təssüflə onuda qeyd edə bilərik ki, Əhməd İbn Abbasın cərrahi əməliyyatlar haqqında məlumatlardan ibarət risaləsi Moğolların işğalı zamanı oda atılaraq yandırılıb.

Harvard Universitetinin türk profesoru
Xərçəng xəstəliyinin əməliyyatı ilə bağlı son elmi nailiyyətlərdən biri də türk müsəlman professor Utkan Dəmirçinin adı ilə bağlıdır. Dünyanı dəyişdirəcək 35 tarixi şəxsiyyətin, elm adamlarının sırasında yer alan, Harvard Universitetinin Tibb fakültəsində çalışan professor Utkan Dəmirçi yumurtalıq xərçəngini təyin edən min dollarlıq analizləri arxada qoyaraq hal qanı analizi ilə xəstəliyi təyin edən cihaz ixtira etdi. Bununla o, min il öncə ilk xərçəng əməliyyatı aparan Şərqli alim Əhməd İbn Abbasın elmi nailiyyətləri təkrarlayıb.

Ölü beyin hüceyrələrini yenidən canlandıran alim
Dünya təbabəti sahəsində bir ilkə imza atan təbib də türk – müsəlmandır. Tükiyəli məşhur alim, dosent, doktor Hande Özdinlər ölü beyin hüceyrələrini yenidən canlandırmağın üsulunu tapıb. Bununla ALS, Parkinson və Altsheymer xəstəliyi və beyin qanaması xəstəliyi keçirən insanları həyata qaytarmaq olacaq.

Şərəf Cəlilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bugünkü dünyada seriallar yalnız əyləncə deyil, həm də mədəniyyətin bir hissəsinə çevrilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin