Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

İdman

Millinin “sükanı arxası”na əcnəbi, yoxsa yerli məşqçi keçəcək?

Millinin "sükanı arxası"na, AFFA

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi futbol ictimaiyyətində yeni müzakirələrə səbəb olub.

Baki-baku.az-ın məlumata görə, qarşıdakı DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda millini müvəqqəti olaraq U-21-in baş məşqçisi Ayxan Abbasov meydana çıxaracaq.

Bu qərardan sonra əsas sual ortaya çıxır: Azərbaycan millisini kim çalışdıracaq – yerli mütəxəssis, yoxsa əcnəbi məşqçi?

Azərbaycan futbolunda ənənəvi yanaşma ondan ibarət olub ki, milliyə Avropa və ya Cənubi Amerikadan təcrübəli mütəxəssislər dəvət edilib. Səbəb kimi göstərilib ki, xarici məşqçilər beynəlxalq təcrübə və yüksək səviyyəli oyun anlayışı gətirə bilirlər. Futbolçuların peşəkarlıq səviyyəsini artırmaq üçün fərqli metodologiya tətbiq etməyi bacarırlar.

Lakin Santuşun kobud dildə desək, millidən qovulmasından sonra yığma komandanın sükanı arxasına yerli məşqçinin gətiriləcəyi istisna deyil. Çünki son illər Azərbaycan futbolunda yetişən gənc mütəxəssislərin sayı artıb. Onlar həmçinin yerli futbolçuların psixologiyasını və şəraitini yaxşı bilirlər.

Əgər AFFA-nın əsas hədəfi uzunmüddətli inkişaf və milli komandanın gəncləşməsi olacaqsa, yerli mütəxəssisin gətirilməsi daha rasional seçim ola bilər. Bu zaman yerli məşqçiyə zaman və dəstək verilməlidir. Əgər məqsəd qısa müddətdə nəticə qazanmaqdırsa, beynəlxalq təcrübəyə malik əcnəbi məşqçi variantı yenə üstün ola bilər.

Hazırkı mərhələdə futbol ictimaiyyətində gözləntilər Ayxan Abbasov və ya başqa yerli mütəxəssisin sınanması istiqamətindədir. Çünki artıq Azərbaycan futbolunda gənc məşqçilərin öz sözünü deməsi üçün müəyyən zəmin yaranıb.

Qurban Qurbanov Azərbaycanın ən uğurlu klub məşqçisi kimi “Qarabağ”la uzun illər Avropa arenasında nəticə qazanıb. Onun yenidən milliyə qayıdışı çoxlarının arzusudur. Rəşad Sadıqov ambisiyalı və artıq klub təcrübəsi olan mütəxəssisdir. Müdafiəçi kimi liderlik keyfiyyətlərini indi məşqçi kimi sərgiləyir.

Mahmud Qurbanov müxtəlif komandalarla iş təcrübəsi var, futboldakı intizamı ilə seçilir. Eyni zamanda Zaur Ramazanov hücumçu keçmişi ilə tanınan mütəxəssis, hücum futboluna üstünlük verə bilər. Daha bir namizdə isə Zaur Tağızadədir ki, həm futbolçu, həm də futbol təhlilçisi kimi futbolu dərindən bilən simadır.

Bu adların hər biri və digər azərbaycanlı mütəxəssislərdən biri milliyə təyin olunsa, azarkeşlər tərəfindən maraqla qarşılanacaq. Xüsusilə də millidə oynamış və ölkə futbolunun içindən çıxmış şəxslərin rəhbərliyi futbolçulara daha motivasiyaedici təsir göstərə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В мире музыки существуют инструменты, чьи звуки словно касаются человеческой души, будто доносятся из запредельного мира

Ən son

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin