Azərbaycan milli futbol komandası yaradıldıqdan bəri bir sıra əcnəbi mütəxəssislərin rəhbərliyi altında fəaliyyət göstərib.
Baki-baku.az xəbər verir ki, bu məşqçilər həm komandanın beynəlxalq arenada inkişafına, həm də yerli futbolun peşəkarlıq səviyyəsinin yüksəlməsinə müəyyən töhfələr veriblər.
Əcnəbi məşqçilərin gətirdiyi təcrübə, taktiki yeniliklər və professional idarəçilik, Azərbaycan futboluna öz təsirini göstərib.
Azərbaycan milli komandasına rəhbərlik etmiş əcnəbi məşqçilər bunlardır:
Karlos Alberto Torres (Braziliya) – 2004–2005
Gyoko Haciyevski (Makedoniya) – 2007–2008
Berti Foqts (Almaniya) – 2008–2014
Robert Prosineçki (Xorvatiya) – 2014–2017
Nikola Yurceviç (Xorvatiya) – 2019–2020
Covanni De Biazi (İtaliya) – 2020–2023
Fernandu Santuş (Portuqaliya) – 2024–indiyə qədər
Bu mütəxəssislərin millinin strukturunu möhkəmləndirmiş, oyun üslubunu yeniləmiş və gənc futbolçuların yetişdirilməsində rol oynamışdır. Xüsusilə Berti Foqts və Robert Prosineçki dövrlərində Azərbaycan yığması seçmə mərhələlərdə xallar qanzamışdır.
Hazırda komandanın baş məşqçisi Fernandu Santuş komandaya rəhbərlik edir və onun təcrübəsi Azərbaycan futbolunun yeni mərhələyə qədəm qoymasına ümid yaradır.