Nəşr edilmişdir 11/17/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Milli dirçəlişdən – COP 29-a

Milli Dirçəliş Günü

17 noyabr Milli Dirçəliş Günüdür!

Azadlığı, əbədi istiqlalı həyatının mənasına çevirən Odlar Yurdu Azərbaycan min illərdir bu yolda qurbanlar versə də, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası, Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” sevdası ilə tarix yaratdı.

Noyabrın 17-si ölkəmizdə Milli Dirçəliş Günüdür! Onun bizə bəxş etdiyi ən böyük səadət isə milli varlığımızın, özgürlüyümüzün, dövlətimizin rəmzi olan atributların dünya dövlətləri tərəfindən etiraf olunmasıdır. 2023-cü ilin dekabrında 200-dən çox ölkənin ümumi qərarı ilə COP 29-a ev sahibliyinin Azərbaycana həvalə olunması bir tərəfdən onun qalib ölkə kimi 44 günlük Vətən Müharibəsində gücünü, qüdrətini, əzəmətini təsdiq ilə bağlı idisə, digər tərəfdən Azərbaycan Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya Mahnı Müsabiqəsi, Formula – 1 yarışları kimi beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə ilgili idi. Baxmayaraq ki, bu faktı gözügötürməyən qüvvələr kifayət qədərdi.

Bir sıra Avropa dövlətlərinin, xüsusən də Fransanın apardığı anti Azərbaycan təbliğatına baxmayaraq Azərbaycan COP 29-a yüksək səviyyədə ev sahibliyi etməklə kifayətlənmədi. Ümumbəşəri dəyərlərə töhfələr verdiyi kimi iqlim dəyişikliyi ilə bağlı dünyanı narahat edən məsələlərin müzakirəsi üçün münbit məkana, qlobal sülhü, əmin-amanlığı, unudulmuş ölkələrə dəstəyin, maliyyə yardımının verilməsi kimi ciddi layihələrin müzakirə olunduğu platformaya çevrildi.

İki ildən çoxdur ki, Azərbaycan əleyhinə aparılan təşviqat kampaniyalarına baxmayaraq dünyanın nəhəng dövlətlərinin 72 mindən çox iştirakçısı COP 29 çərçivəsində ölkəmizi ziyarətdə bulundu. Onların sırasında BMT-nin Baş katibinin, 80-dən çox ölkə prezidentinin, Baş nazirlərin və nazirlərin yer alması onun sülhə, sabitliyə, tolerantlığa açıq ölkə kimi nüfuzunun göstəricisinə çevrildi.

Milli Müstəqilliyin bəxş etdiyi şərtlər çərçivəsində ekoloji problemlərin həllinə, ətraf mühitin qorunması kimi ciddi məsələlərə elmi əsaslarla töhfələr verən Azərbaycan dövləti ekoloji terrora qarşı mücadilənin önündə getməklə Qarabağda, Şərqi Zəngəzurda erməni terrorçuları tərəfindən Yaşıl dünyanın, heyvanat, bitki aləminin, dünyanın Qızıl Kitabına düşən meşə zolaqlarının, ağacların məhf edilməsini tarixi cinayət hesab etməklə kifayətlənmədi. Bütün bəşəriyyəti yüksək səviyyədə təşkil etdiyi COP 29 tədbirləri çərçivəsindən dünyanın, gələcəyin, gələcək qarışıq keçmişin qorunmasına səslədi. Və bütün dünyaya sübut etdi ki, 1988-ci ildə Qarabağda, Topxana düzündə qırılan, doğranan bir Armud Ağacı – daha doğrusu – Yaddaş Ağacı uğrunda erməni terroruna, onların arxasında dayanan Qorbaçov rejiminə qarşı mübarizəyə qalxan, 70 il yasaq edilmiş üçrəngli hilallı, ulduzlu bayrağı ruhundan cücərdib Xəzərin sahilinə, Lenin Meydanına gələn, Xalq Cümhuriyyətinin qatilləri, Şura hökumətinin bayraqdarları V.İ.Leninin və S.M.Kirovun abidəsini yerlə bir edərək Lenin Meydanını Azadlıq Meydanına çevirən Azərbaycan xalqı 20 yanvar, Xocalı dəhşətlərinə, qətliamına, Qarabağın, Şərqi Zəngəzurun, Şuşa qalasının xarici emissarların dəstəyi ilə erməni daşnakları tərəfindən işğalına baxmayaraq qisası qiyamətə qoymayacaq. 30 illik intizardan sonra 1988-ci ildə, Azadlıq Meydanında dalğalandırdığı, Ulu öndər Heydər Əliyevin iradəsi ilə Naxçıvan Ali Məclisində dövlət rəmzinə çevirdiyi Bayrağı Şuşa qalasından, Xudafərin körpüsündən mütləq ucaldacaq. “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan, 20 Yanvardan, Xocalıdan üzü bu yana sinəmizə dağ çəkənlərin tifaqını dağıdacaq. Məhz bu Vətən sevgisi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Özgürlüyünün, Birliyinin, Bütövlüyünün rəmzi olan Bayrağı dünyanın nəhəng dövlətlərinin, beynəlxalq təşkilatların önündə dalğalandırdı.

Bu gün biz azadıq, müstəqillik, təkcə Güney Qafqazda deyil, dünyada nüfuz sahibi olan ölkələrdən, dünyanın taleyini həll edən, əməkdaşlıq müqavilələrinə imza atan, onun həlli yollarının müzakirə olunduğu dövlətlərdən biriyik.

COP 29 BMT-nin tərəfdaşlıq, əməkdaşlıq, sülh, sabitlik, əmin-amanlıq, inkişaf problemlərindən çıxış yollarını müəyyən edən ümumbəşəri konfranslardan, platformalardan biridir.

Biz bir xalq, millət, məmləkət olaraq dünyaya bir daha sübut etdik ki, Odlar Yurdu Azərbaycan dinlərin, mədəniyyətlərin, sivilizasiyaların, tolerantlığın ünvanı olmaqla yanaşı, o həm də humanist prinsiplərin, demokratik dəyərlərin mövcud olduğu, bəşəriyyətin xilası üçün insan-təbiət-cəmiyyət kimi üçqütblü məsələlərin müzakirə edildiyi münbit mühit, inkarolunmaz məkandır! Çünki, o hər bir xalqın milli-mənəvi dəyərlərinə, hər bir ölkənin ərazi bütövlüyünə, azadlıq, müstəqillik, əbədi istiqlal kimi möhtəşəm duyğularına hörmətlə yanaşmağı vicdan işi, haqq işi hesab edir.

~Şərəf Cəlilli

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.Baki-baku.az Bakı Şəhər Statistika

Ən son

DİGƏR XƏBƏRLƏR

Səhər ac qarına bir stəkan su içməyin həzmi yaxşılaşdıra biləcəyi fikri çox populyardır. Lakin əslində

DİGƏR XƏBƏRLƏR

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli

DİGƏR XƏBƏRLƏR

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə