Nəşr edilmişdir 05/01/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mikoyan və Suslovun millətçilikdə günahlandırdığı azərbaycanlı siyasi xadim – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20250501-WA0140

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Nazim Hacıyevdir.
Bəs biz, Nazim Məmmədiyə oğlu Hacıyevin kim olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir.
Nazim Hacıyev 1924-cü il iyunun 3-də Şəkidə anadan olmuşdur. 1940-cı ildə burada peşə məktəbini bitirdikdən sonra Azərbaycan dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlayıb, Şəkiyə qayıdaraq “Nuxa fəhləsi” qəzetində ədəbi əməkdaş kimi çalışıb. 1941–1943-cü illərdə Şəkidə 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləyib, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində fəaliyyət göstərib. O, 1943-cü ildə “Nuxa fəhləsi” qəzetinin məsul katibi təyin edilib.
Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirib və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.
Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçib, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilib. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilib, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi olub. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Nazim Hacıyev 1956-cı ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı MK-nın Büro üzvü olub. O, 1956–58-ci illərdə Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinin müdiri, 1958-ci ildən isə Sovet İttifaqı Koomunist Partiyası Mərkəzi Komitəsinin əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri təyin edilib. 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi olub.
Nazim Hacıyev Mərkəzi Asiyaya deportasiya olunmuş Mesxet türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biridir.
Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş Anastas Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırıb, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olub. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” günahlandırıblar.
Nazim Hacıyev gənclər, beynəlxalq, mədəni, təhsil, beynəlxalq siyasət, habelə dövlət problemləri və partiya quruculuğu məsələləri üzrə 50-dən artıq kitab və məqalələrin müəllifidir.
Nazim Hacıyev 1961-ci ilin yanvarında məqsədli şəkildə yanlış edilən cərrahi əməliyyat üzündən ağır xəstələnib və 1962-ci il iyulun 30-da vəfat edib.
Nazim Hacıyev Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə Nazim Hacıyevin adına küçə var.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii

Ən son

TARİXİMİZ

Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi.

TARİXİMİZ

Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi.