Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Microsoft” şirkəti Windows 95-in sirrini açıqladı

Windows 95, Microsoft, Reymond Çen

“Microsoft” korporasiyasının mühəndisi Reymond Çen “Windows 95” əməliyyat sisteminin quraşdırılmasının niyə bu qədər çətin olduğunu izah edib.

Baki-baku.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan bloq yazısında məlumat verilib.

Çen 30 il əvvəl Microsoft-da işə başlayaraq kultlaşmış əməliyyat sistemi üzərində çalışan mütəxəssislərdən biri olub. O, sistemin quraşdırılması ilə bağlı sirri açıqlayaraq, niyə Windows 95-in qurulması üçün üç proqramdan istifadə olunduğunu izah edib.

Mühəndisin sözlərinə görə, əməliyyat sisteminin quraşdırıcısı əslində üç fərqli əməliyyat sistemindən ibarət idi. Əvvəlcə istifadəçi MS-DOS-u işə salırdı, sonra Windows 3.1-in mini-versiyası quraşdırılırdı – işin əsas hissəsi məhz bu mərhələdə yerinə yetirilirdi. Sonda isə 32-bitlik tətbiq işə düşərək quraşdırmanı tamamlamağa imkan verirdi.

Çen qeyd edib ki, bu mürəkkəb mexanizm quraşdırma prosesini sabitləşdirirdi. Həmçinin mühəndislərin Windows 95-in mini-versiyasını sıfırdan hazırlamağa vaxtı yox idi.

“Windows 3.1-in mini-versiyasından istifadə əlavə resurs tələb etmirdi, çünki o artıq mövcud idi -tam işlək və sınaqdan çıxmışdı”, – deyə Çen bildirib.

Onun sözlərinə görə, bu üsulla həm də kompüterin ikiqat yenidən başladılmasına ehtiyac qalmırdı ki, bu da 30 il əvvəl istifadəçiləri çaşdıra bilərdi.

Qeyd edək ki, sentyabrın sonunda məlum olub ki, Windows 11-ə Windows Vista-dan tanış olan video-fon funksiyası əlavə ediləcək. Bu funksiya təxminən 20 il əvvəl ilk dəfə təqdim olunmuşdu.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Elmdə bu fenomen "precognition" və ya "premonisiya" adlanır.

Ən son

HƏR ŞEYDƏN

"Microsoft" korporasiyasının mühəndisi Reymond Çen "Windows 95" əməliyyat sisteminin quraşdırılmasının niyə bu qədər çətin olduğunu

HƏR ŞEYDƏN

"Microsoft" korporasiyasının mühəndisi Reymond Çen "Windows 95" əməliyyat sisteminin quraşdırılmasının niyə bu qədər çətin olduğunu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin