Nəşr edilmişdir 10/17/2024

Paylaşın

XƏBƏRLƏR

Metronun “Ulduz” stansiyasında işıqlanma sistemi yenidən qurulub

Ulduz

“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının işıqlanma sistemi tamamilə yenidən qurulub.

Baki-baku.az AZƏRTAC-a istinadən bildirilir ki, stansiyanın bütün sərnişin sahələrində qulluğu və təmiri böyük əmək qüvvəsi və müntəzəm nəzarət tələb edən işıqlanma sistemi dövrün standartlarına cavab vermədiyindən yenidənqurma zamanı müasir, daha effektiv və qənaətcil sistemlərin tətbiqi mərhələli şəkildə həyata keçirilib.

Yeni quraşdırılan LED lampalar stansiyanın platformasını, vestibül və keçidlərini tam əhatə edib. Təmir müvəqqəti işıqlandırmadan istifadə olunmaqla hərəkət təhlükəsizliyi və sərnişindaşıma prosesinə maneə törətmədən gecə növbəsində təşkil olunub. Platformada orta zal və stansiya yollarını əhatə edən köhnəlmiş və enerji sərfiyyatı daha çox olan 36 Vt güc vahidində olan 740 lüminisent lampa sökülərək çıxarılıb.

Yeni işıqlanma sistemi əsasında 40 Vt-lıq LED tipli 357 ədəd lampa quraşdırılıb. Yeni lampalar qulluq baxımından daha əlverişli, həmçinin daha keyfiyyətli və uzunömürlüdür. Yeni işıqlandırma sistemi qurularkən stansiyanın memarlıq üslubuna uyğunluğuna diqqət yetirilib və bu stansiyanın tərtibatına yeni çalar gətirib.

Stansiyanın vestibüllərinin hər birində 32 ədəd 100 Vt gücündə lampalar da yenilənib. Lampaların sayı eyni qalmaqla gücü 48 Vt-dır. Keçidlərin də hər birində 72 Vt olan 32 lampa çıxarılıb. Onlar 32 ədəd 48 Vt lampa ilə əvəzlənib.

Qeyd edək ki, buna qədər əsaslı təmir işləri aparılan stansiyalarla yanaşı, metronun “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarının işıqlanma sistemi dövrün tələblərinə uyğun yenilənib. Bu işlər dövrü olaraq davam etdiriləcək.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali

xəbərlər

Ən son

XƏBƏRLƏR

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda