Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/29/2025

Paylaşın

GÜNDƏM

Metro stansiyaları “Qarabağ”ın oyun günü gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Qarabağ”ın oyun günü, Bakı Metropoliteni, Qarabağ

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin seçmə mərhələsində İrlandiyanın “Şelbörn” kollektivinə qarşı oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.
Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.
Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da nəzərdə tutulur.
Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələng Günü (Global Tiger Day) kimi qeyd olunur.

Ən son

GÜNDƏM

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı

GÜNDƏM

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı