Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

GÜNDƏM

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirilib

Mərdəkan Mədəniyyət Sarayı

09 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Rəssamlar İttifaqının üzvü rəssam Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib.

Baki-baku.az xəbər verir ki, sərgidə rəssamın 40-a yaxın rəsm əsəri nümayiş olunub.

Belə sərgilərin keçirilməsində əsas məqsəd istedadların üzə çıxarılması və onların tanıdılmasıdır.

Elnarə İskəndərova bir sıra dövlət səviyyəli tədbir və sərgilərdə iştirak edərək uğurlu nəticələr əldə edib. 2019-2020-ci illərdə BMT tərəfindən Gender bərabərliyi layihəsi çərçivəsində keçirilmiş tədbirdə sertifikatla təltif olunub. 2019-cu ildə İsveçrədə təşkil olunmuş sərgidə Azərbaycanı uğurla təmsil edib.

Sərgi boyu müğənnilərin bir-birindən gözəl ifaları, rəqslər tədbirə xüsusi ahəng qatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Güzgü insan həyatında həm fiziki, həm də metaforik baxımdan əvəzsiz bir əşyadır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin