Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2026

Paylaşın

ƏDƏBİYYAT

“Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan olunur

“Mənim Qəhrəmanım”, “Ədibin Evi”, Milli Komiks Kitabı, Komiks, Kitab

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edir.

Baki-baku.az xəbər verir ki, şərtlərə əsasən təqdim edilən işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8 – maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.

Məktəblilər müsabiqədə fərdi və ya iki nəfərlik heyət (ssenari müəllifi + rəssam) kimi qatıla bilərlər.

2026-cı ilin 1 may-1 sentyabr tarixlərində davam edəcək işlərin qəbulu zamanı müəlliflər hekayələrini ad, soyad, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində edibinevi@gmail.com ünvanına göndərməlidilər.

Müsabiqənin münsiflər heyətinə AR Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertləri daxildir.

Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı gözləyir.

Bu il dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. Bu kimi müasir ifadə vasitələrilə formalaşan qəhrəman obrazları milli ruhu gücləndirir, Azərbaycanın müasir, dinamik və yaradıcı kimliyini gələcək nəsillərə ötürməyə dəstək olur.

“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Onlar istər tarixi şəxsiyyət və ya milli obraz, peşə sahibi (müəllim, həkim, valideyn, könüllü və s.), istərsə də uydurma və ya fantastik qəhrəman, dəyərləri təcəssüm etdirən obraz yarada bilərlər. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.

“Mənim Qəhrəmanım”, “Ədibin Evi”, Milli Komiks Kitabı, Komiks, Kitab

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Venesiya – İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində, laquna üzərində qurulmuş nadir şəhərlərdən biridir.

Ən son

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin