Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/06/2026

Paylaşın

GÜNDƏM

“Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır

“Memar Əcəmi”

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.

Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işləri çərçivəsində keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq. Divarlarda mövcud olan və texniki göstəricilərini qoruyub saxlayan mərmər üzlüklər isə olduğu kimi qalacaq.

Keçidin döşəməsində isə 370 kvadratmetr sahədə mozaika üzlük qranit materialla əvəz ediləcək.

Keçidin çıxışlarında və pilləkən başlarında əlavə təmir işləri nəzərdə tutulmasa da, təhlükəsizlik tələblərinin təmin olunması, eləcə də işlərin daha operativ və səmərəli aparılması məqsədilə stansiyanın 4-cü çıxışı müvəqqəti olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlı saxlanılacaq. Təmir müddətində keçidin özü isə yarısı açıq saxlanılmaqla qismən istifadəyə veriləcək.

Təmir işlərinin ən qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, ötən ilin avqust ayında “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində yerləşən keçidi, eləcə də giriş-çıxışlarında əsaslı təmir işləri həyata keçirilmişdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) Bakı Teleqüllə Kompleksində

Ən son

GÜNDƏM

Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin